Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tədqiqat: anesteziya beyini şikəst edə bilər

Tarix: 12-01-2018 21:36     Baxış: 3309 A- / A+
Tədqiqat: anesteziya beyini şikəst edə bilər

Avstraliyanın Kvinslend Universitetinin alimləri anesteziyanın insan beyninə təsirini araşdırmaq qərarına gəliblər. Tədqiqatlar zamanı müəyyən edilib ki, anesteziya preparatları təkcə insanı keyitmir, hüceyrələr arasında əlaqələri də pozur. Son onilliklər ərzində aparılan tədqiqatlar nəticəsində anesteziya vasitələrinin beyinin ayrı-ayrı hissələrinin qarşılıqlı fəaliyyətini pozduğu güman olunur. O da ehtimal edilir ki, anesteziya zamanı yaddaşın itirilməsi və koqnitiv hallar baş verə bilər.

Tədqiqatçı Bruno van Svinderen qeyd edir ki, anesteziyada istifadə olunan propofol bütün beyin üzrə neyronların əlaqəsini pozur. Daha çox ümumi narkoz üçün istifadə olunan bu preparatın təcrübə aparılan siçovullarda sınağı da onların neyron hüceyrələrindəki dəyişiklikləri göstərib. Yüksək təsirli sakitləşdirici preparat olan propofol beyindəki əsas zülalı (sintaksin 1A) məhdudlaşdırır və neyronların əlaqəsini zəiflədir.

Tədqiqatçılar hesab edirlər ki, məhz propofol sayəsində cərrahiyyə əməliyyatlarını həyata keçirmək mümkün olur: əvvəlcə insan adi yuxu dərmanı qəbul etmiş kimi yatır, sonra beyinin daxilində hüceyrələrin əlaqəsi kəsilir. azertag

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar