Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

Tarix: 12-01-2018 19:48     Baxış: 51 297 A- / A+
 Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş


Astarada Allaha meydan oxuyan kimdir? - ŞOK Videogörüntülər
BakuPress.Az saytının ötən sayında məşhur baxıçı və fırıldaqçı molla Məmmədsəfa və onun əməllərindən araşdırma yazı dərc etmişdik.Qeyd etmişdik ki,molla haqqında videomaterillarımızda hazırlanır.Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan və baxıcılıq edən Molla Məmmədsafa hər kəsi öz qapısında növbədə saxlamağa necə məcbur edir. "Mollanın" insanlarla davranışı isə başqa bir mövzudur, əsil +18...Lerik-Astara sakinləri arasında apardığımız Məmmədsəfa haqqında söhbətləri eşidib şoka düşməyin.Sən demə bu gün Azərbaycan şou biznesinin məşhur "ulduzları" Məmmədsəfanın daimi müştəriləridir.Bir sözlə efirdə və gündəmdə sənət deyil Məmmədsəfanın duaları ilə qalırlar.Kim kimi şobiznesdə yöxmaq istəyir Məmmədsəfaya müraciət edir ...Videomaterialda sakinlər kimlərin adını çəkmir ,rəhmətlik İlhamə Quliyevadan tutmuş Elnarə Abdullayeva ,Namiq Qaraçuxurluya kimi...Keçən yazımızdada qeyd etmişdik ki,məcbur olub bizdə çəkliş etmək üçün baxdırdıq amma biz onda nə baxıcılıq nədə mollalıq gördük...Növbəyə duran insanların davasını görsəniz dəhşətə gələrsiniz heç aclıq vaxtı çörək növbəsində elə davalar olmayıb.Bir sözlə yüz eşitməkdənsə bir dəfə görmək yaxşıdır videomateriallarımızı sizə təqdim edirik:



Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar olub.Bu gün isə elm,texnikanın inkişaf etdiyi bir vaxtda Avropaya inteqrasya etdiyimiz bir zamanda bu cür fırıldaqçı mollalar dahada çoxalıb.BakuPress.Az saytına daxil olan məlumatlara görə Astarada məhşur Məmmədsəfa adında bir molla var,az qala ölünüdə dirildir ,qapısında günlərlə növbə olur.Xüsusəndə şoubiznesin tanınmışlar molla Məmmədsəfanın duaları ilə gündəmdədirlər.Öz özlüyümdə dedim bərəkallah Məmmədsəfa...Allah! Bunu deyərkən fırıldaq din alimləri mollalar: XEYR! ELƏ DEYİL! Qurani Kərimdə hər şey yoxdur! deyib cəsarət göstərir, Şeytani bir cəsarətlə ALLAHA meydan oxuyur və özünə Müsəlman deyən bədbəxtlər də bu şarlatanların bu cür vəlkilliyini qəbul edirlər... Ayılma vaxtı gəlmədimi sizin üçün? İmanınızı küçədənmi tapmısınız?Bu dərəcədə QURANİ KƏRİMƏ YADLAŞIB, bu şarlatan din adamlarının qulu, köləsi, robotu olmusunuz??? Siz kimə, nəyə qulluq edirsiniz? Bu Dünyada kimin qulu olacaqsınızsa axirətdə də mükafatınızı ondan gözləyəcəksiniz, Bu şeytanlığı şarlatanlığının özünə faydası olsa sizədə olacaq.Bu ancaq cahil insanların pullarını aldadıb almaqdan başqa bir şey deyil.Avam cahil camaatdan başqa ən dəhşətlisi odur ki,Məmmədsəfanın qapısında əməkdar artistindən tutmuş,dövlət məmurlarına kimi növbə gözləyir ...Cənab nazir Ramil Usubovun ekstranses ,falçılıq,görücülüklə məşğul olanların dərhal saxlanılması barədə əmrini xatırlatdım.Dini qurumlar üzrə dövlət komitəsinin mollaların falçılıqla məşğul olmasına qəti qadağa qoyduğu halda bu Məmmədsəfa necə fəaliyyət göstərir ,özüdə bu cür poplyarlıqla,əlqərəz üztutduq Astara rayonuna Məmmədsəfa haqqında bir jurnalist kimi araşdırmağa,.Məmmədsəfa Astara rayonunun Şüvi kəndində yaşasada bütün Astara demək olar ki,onundur.Kimdən soruşsanız molla Məmmədsəfanı yaxşı tanıyır,deyərdim ki,Astara rayon icra başçısından çox Məmmədsəfanı hamı tanıyır.Hətta Məmmədsəfa adını soruşduqda xüsusi maklerlərdə var ki,dərhal onun evinə pulla bələdçilik edən kim,növbədən kənar qəbula salan kim, maşın təşkil edən kim bir sözlə Məmmədsəfa rayonun birinci adamıdır.Soraqlaşa- soraqlaşa gəlib çıxdıq Astaranın Şüvi kəndinə.Məmmədsəfanın evin soruşduqda dedilər hansı evini deyirsiniz bu kənddə hələ 3 evi var ,Səvyan kəndində bir evi ,Pənsər kəndində,Ərçivanda və Lerikdə evləri var.Maraqlısıda odur ki,kənd camaatı ilə apardığımız sorğulardan məlum oldu ki,Məmmədsəfa bu kəndə sonradan köçmədir və avam cammaat isə az qala molla Məmmədsəfaya səcdə edir.Məmmədsəfanın bütün evləri gözdən uzaq könüldən iraq yerlərdədir.Bu evləri gördükcə məndə belə bir fikir yarandı ki,Məmmədsəfa molla yox agentdir.Mən belə bir səhnəni yalnız filmlərdə görmüşdüm.Bir sözlə film kimi yani....Bu Məmmədsəfa molla yox "barondur."Araşdırma zamanı ilk əvvəl Astaranın Şüvi kəndinin camaatı ilə sorğu apardıq.Məlum oldu ki,Məmmədsəfa 20-25 il bundan öncə Lerikin Kaqo kəndindən hansısa səbəblərdən köçüb bu kəndə.Hamıda qapısında nökərdir."Biz nə edə bilərik o cindardır bizə elə əməl edərki,yerimizdən qalxa bilmərik."İki qadın isə dedi ki,"onun yanina gedəndə ayaqlarını öpün ,yalayın,yalvarın onda o sizə kömək edəcək.Mən şəxsən onu ikinci Allah sayıram,Allaha inanmıram desəm günah olar amma Məmmədsəfaya inanıram."Özümdə şokdaydım ilahi 21-ci əsrdə insanlar bu qədər necə avam ola bilər?Kənd camaatının bir balaca dərin düşünənləri isə belə deyirdi,"Məmmədsəfanın yuxarıda xüsusi adamları var o güclü işbazdır.Demək kimsə gəlir yanına deyir mən işə düzəlmək istəyirəm.Məmmədsəfa deyir 5000 azn ə dua yazacam sən işə düzələcəksən.Bu guya düa yazır yuxarıyla danışır deyir pulu yarı bölürük o adamı işə düzəlt.Həmin adamın işi düzəlir elə bilir Məmmədsəfanın duası kömək oldu."Bir sözlə Məmmədsəfada duaların qiymətidə müxtəlifdir ,ruzi duası 100 azn,bəxt açmaq 2000 azn,işə düzəlmək duası 5000-10000 arası,ərə getmək üçün dua 1000-3000 arası... Bir sözlə Məmmədsəfanın dualarının öz menyusu var.Hətta Məmmədsəfa +18 söyüşlər söyür qız gəlin bilmir amma yenə hamı onun səcdəsindədir.Özüdə Hacıdır.Harda görünüb hacı fala baxsın,söyüş söysün çox müamallıdır.Yadıma yenə "Ölülər" əsəri düşdü.Ümummilli lider Heydər Əliyevin “Ölülər” əsəri haqqında qısa, lakin dərinmənalı fikri diqqətimi cəlb etdiyi, eyni zamanda məqamı düşdüyü üçün burada qeyd etməyi özümə borc bilirəm: “ “Ölülər” əsərindən uzun müddət din əleyhinə təbliğatda istifadə edilib və çox hallarda o, din əleyhinə yazılan bir əsər kimi qəbul olunmuşdur...
Ancaq Mirzə Cəlil bu əsəri yaradarkən heç də dinə müxalif çıxmayıbdır, əksinə bu əsərlə dinin xalqımız üçün nə qədər böyük mənəvi dəyər olduğunu sübut etməyə çalışmışdır. Eyni zamanda o, dini təhrif edənləri, dindən istifadə edib fırıldaqla məşğul olanları ifşa edib, tənqid atəşinə tutubdur”.
“Ölülər” əsəri bütün dövrlər üçün aktual olaraq qalacaq. Zaman dəyişsə də, insan düşüncəsi, fikir və arzuları dəyişməz olaraq qalacaq. Əsər zahirən avam, cahil xalqı oyatmağa xidmət etsə də, əslində cəmiyyətdə düz sözün keçməməsindən, haqq ədalətin kölgədə qalmasından, nahaqqın haqq üzərindəki qələbəsindən, yalana, zinaya din donu geydirərək insanlara təqdim edilməsindən və bu kimi digər qlobal məsələlərdən bəhs edilir.Biz Astarada olarkən dedilər Lerikin Kaqo kəndindədir.Məsələ ilə bağlı ilk əvvəl Astara rayon icra hakimiyyətinə üz tutduq bizə dedilər ki,icra başçısı sizi qebul edə bilməyəcək.Üz tutduq Astara rayon polis şöbəsinə gəlişimizin məqsədini deyib rəisin qəbuluna düşdüm.Qeyd etdim ki,bu cür fırıldaqçı mollanı ifşa etmək üçün araşdırma aparmışıq o dövlətimiz üçün təhlükəli bir fiqurdur.Bundan məlumatınız yəqin ki,yoxdur.Rəis Adil Həsənov isə yarızarafat yarıgerçək istehza ilə mənə dedi,"sizin işiniz gücünüz yoxdur?Sizi bura kim yönləndirib.Neynirsiniz əməliyyat qruppasını? Ümumiyyətlə bu jurnalist sənəti kimə lazımdır.Bu sənətə son qoyulmalıdır.Onsuz bir- bir sizi tutacaqlar.Siz lazımsız bir sənətlə məşğulsunuz .İcra hakimiyyətində olmusunuz məlumatım var,başçı bilirsiniz sizi niyə qəbul etmədi,çünki başçı jurnalistikaya boş sənət kimi baxır ona vaxt sərf etməyə vaxtı yoxdur.Qaldı ki,Məmmədsəfaya bizdə onun fəaliyyətində xəbərdarıq amma Məmmədsəfanın "knopkaları" yuxarı yerlərdən idarə olunur.Başınız ağrıyar. sizdə məsləhətdir gedin bir baxdırın...
Qeyd edim ki,cənab rəis jurnalist 4-cü hakimiyyət deməkdir və hər zaman dövlətçilimiyə xidmət edən bir peşə olub.Tarixən bizim çox dəyərli jurnalistlərimiz olub ,şəhid,qəhrəman jurnalistlərimiz olub.Ə.Amaşov gözəl dedi ki,Mətbuatın muzeyi yaradılmalıdır.Uluöndərimiz Heydər Əliyev qeyd etmişdir ki,mətbuat mənim görmədiyimi göstərməli ,eşitmədiyimi eşitdirməlidir. Bizdə elə bildik siz Məmmədsəfanı görmürsünüz göstərmək istədik.
Adil müəllim isə hansı səbəblərdənsə Məmmədsəfanın dostu çıxdı.Biz isə bu Məmmədsəfa adlı kabusun əmlaklarını,hansı knopkalarla idarə olunmasını cənab nazirin nəzarəti ilə araşdırlmasını istəyirik.İnsanları rəzil ,qul edən bu şəxs ifşa olunmalı onun fəaliyyəti,haranın agenti olduğu aşkar edilsin.Hazırda Məmmədsafanın evlərinin ,plantasyalarının fotolarını təqdim edirik.Videomaterallar isə redaksyamızda hazırlanır.Araşdırmamız davam edir.Bizi izləyin

P.S.qeyd edim ki,növbə tutub Məmmədsəfanın qəbuluna bizdə düşdük camaat on o qədər ilahiləşdirmişdir ki,guya Məmmədsəfa hər kəsi tanıyır və hansı məqsədə gəldiyini bilir.Amma o dedikləri kimi ilahi olsaydı bilərdi ki,biz jurnalistiyin və onun fırıldağının üstünü açmağa gəlmişik.Məmmədsəfa heçnə bilmədi.

Molla qapısındakı növbə və otağındakı duş kabinəsi maraqlıdır fala baxdığı zaman bu duş kabinə nəyə lazımdır?
 Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş
 Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş
 Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş


Astara Şüvi kəndindəki evlərindən biri

 Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş


Lerikin Kaqo kəndindəki ev

 Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş


Məmmədsəfanın Şüvi kəndindəki evləri və sahə və fermaları

 Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş
 Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş
 Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar