Xəbər lenti
Təhsil Nazirliyndən məktəblərlə bağlı AÇIQLAMA
Təhsil Nazirliyi bu il modul tipli məktəblərin inşa ediləcəyi bölgələrin siyahısını təqdim edib.
Nazirlikdən verilən məlumata görə, siyahıya Xaçmaz, Quba, Şabran, Şamaxı, Ağsu,Oğuz, Şəki,Qəbələ, Qax, Tovuz, Daşkəsən, Göygöl, Bərdə, Füzuli, Zərdab, Ucar kimi şəhər və rayonların adı qeyd edilib.
Məlumatda bildirilir ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasdakı giriş nitqində 2017-ci ildə görülən işlərdən söz açıb. Prezident İlham Əliyev iclasdakı yekun nitqində 2018-ci ildə də ölkə iqtisadiyyatının öz inkişaf yolu ilə gedəcəyini, il ərzində bir çox önəmli layihələrin icrasının nəzərdə tutulduğunu qeyd edib. Sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu söyləyən dövlət başçısı bəzi rəqəmləri diqqətə çatdırıb. Belə ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. "Beləliklə, hesab edirəm ki, bu məktəblər tikiləndən sonra ölkəmizdə qəzalı məktəb qalmamalıdır".
Bu il inşaası nəzərdə tutulan məktəblərin siyasını ilə bu linkdən (http://edu.gov.az/upload/file/xeber/2018/01/modul-mekteb-siyahi-2018.pdf) tanış ola bilərsiniz.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar