Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

ALİMENT ALA BİLMƏYƏNLƏRİN NƏZƏRİNƏ- Yeni fond yaradıla bilər

Tarix: 12-01-2018 09:44     Baxış: 4354 A- / A+
ALİMENT ALA BİLMƏYƏNLƏRİN NƏZƏRİNƏ- Yeni fond yaradıla bilər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə aliment barədə məhkəmə qərarlarının vaxtında icra edilməməsi ilə bağlı çoxsaylı müraciət daxil olur.

Manevr.az xəbər verirt ki, bunu teleqraf.com-a açıqlamasında Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Şöbə müdirinin sözlərinə görə, alimentin ödənilməsi ilə bağlı problemlər var:


“Bəzən elə olur ki, valideyn öz gəlirlərini gizlədir və məkəməyə səhv məlumatlar verir. Komitəyə qadınlardan daha çox şiklayətlər gəlir. Təbii ki, bu situasiyada ilk növbədə uşağın hüququ pozulur. Çünki boşanmış ailənin övladı daim maddi təminat almalıdır.

Azərbaycanda, adətən, boşanma hallarında uşaqlar ananın himayəsinə verilir. Məhkəmə alimentin ödənilməsi barədə qərar qəbul etsə də, qarşı tərəf öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırır”.

Taliyə İbrahimova qeyd edib ki, aliment probleminin həlli üçün Komitə bir çox xarici ölkələrin təcrübəsi ilə maraqlanıb:


“Bu sahədə bəzi ölkələrdə qanunvericilik daha da sətləşdirilib. Bir çox ölkələrdə alimenti ala bilməyən uşaqlara dövlət tərəfindən xüsusi müavinətlər təyin edilir və alimentin vaxtında ödənilmsini ayrıca yaradılmış aliment fondu öz üzərinə götürür. Qarşı tərəf borcunu fonda ödəməli olur.

Azərbaycanda da alimentlə bağlı qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı təkliflər irəli sürülmüşdü ki, məhkəmənin qərarlarını icra etməyənlər üçün cəza tədbirləri daha da sərtləşdirilsin. Qanuna dəyişiklik edildi. Məhkəmə alimentlərlə bağlı qərarlarının dərhal icra edilməsi qərarı verir. Buna baxmayaraq, bu sahədə boşluqlarımız var.

Ola bilsin, gələcəkdə ölkəmizdə aliment fondunun yaradılması məsələsi yenidən gündəmə gəlsin”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar