Xəbər lenti
Bakıda bu marşrutda gedişhaqqı 30 qəpik oldu

Yanvarın 13-dən etibarən "BakuBus" avtobuslarının xidmət göstərəcəyi 175 nömrəli marşrut xəttində də gedişhaqqı göstərilən normativlərə uyğun olaraq 30 qəpik müəyyən edilib.
Bu barədə modern.az-a "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib.
M.Piriyev qeyd edib ki, marşrut xətlərində tətbiq olunan gediş haqqı Tarif Şurasının müvafiq qaydalarına əsasən həyata keçirilir:
"Bu qaydalara əsasən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin ödənişi məsafədən asılı olaraq dəyişir. Belə ki, şəhərətrafı və qəsəbələrarası 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 20 q. 15 km-dən 25 km-dək (25 km daxil olmaqla) 25 q. 25 km-dən 30 km-dək (30 km daxil olmaqla) 30 qəpikdir".
Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. 13 yanvar 2018-ci il tarixdən bu xətti üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən əvvəvlki xətdən fərqli olaraq "Xətai" metrosuna yox, "28 May" metrostansiyasınadək hərəkət edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar