Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Səlim MÜSLÜMOV : 14 min 820 nəfərə İŞSİZLİK MÜAVİNƏTİ ÖDƏNİLDİ

Tarix: 11-01-2018 13:02     Baxış: 3347 A- / A+
Səlim MÜSLÜMOV : 14 min 820 nəfərə İŞSİZLİK  MÜAVİNƏTİ ÖDƏNİLDİ


“İl ərzində məşğulluq orqanları tərəfindən ümumilikdə 47 min 900 nəfər işlə təmin edilib, 1160 nəfər haqqı ödənilən ictimai işlərə, 3560 nəfər peşə hazırlığı kurslarına, 3120 nəfər müvəqqəti xarakterli işlərə cəlb olunub, 14 min 820 nəfərə isə işsizlik müavinəti təyin edilərək ödənildi.”

Manevr.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib:

“Ötən il ərzində sosial məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə 15 min işçi ilə əmək müqaviləsinin müddəti uzadıldı, 7 min işaxtaranla yeni əmək müqaviləsi bağlandı, ictimai işlərin təşkili proqramı üzrə 19 min nəfər yerli icra hakimiyyətləri tərəfindən təmir və abadlıq işlərinə cəlb edildi. Ümumilikdə, ötən il dövlət məşğulluğu tədbirləri hesabına 41 min 400 nəfər işaxtaran iş yeri ilə təmin olunub. Bundan əlavə, regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı 200 min nəfərdən çox əmək resursunu istehsal prosesinə cəlb etməyə imkan verib. İl ərzində məşğulluq orqanları tərəfindən ümumilikdə 47 min 900 nəfər işlə təmin edilib, 1160 nəfər haqqı ödənilən ictimai işlərə, 3560 nəfər peşə hazırlığı kurslarına, 3120 nəfər müvəqqəti xarakterli işlərə cəlb olunub, 14 min 820 nəfərə isə işsizlik müavinəti təyin edilərək ödənildi.
Aztəminatlı ailələrin aktiv məşğulluq proqramlarına cəlb olunmasını nəzərdə tutan özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatları yaradılıb. Eyni zamanda, bu təsərrüfatlar barədə məlumatların “ABAD” mərkəzlərinə ötürülməsi barədə razılığa gəlinib ki, bu da, fikrimizcə, onların məhsullarının satışında ciddi rol oynayacaq. Hazırda həmin ailə təsərrüfatlarının mütəmadi monitorinqi aparılmaqdadır.
Müvafiq normativ hüquqi baza yaradılmaqla yeni fəaliyyətə başlayan işsizlikdən sığorta sistemi özünüməşğulluq proqramlarında vətəndaşların iştirakı imkanlarını cari ildə 6 dəfəyə yaxın artıracaq. Bu tədbirlər üçün İşsizlikdən Sığorta Fondunun büdcəsində 35,8 milyon manat vəsait nəzərdə tutulub.
Əmək bazarına 111 min nəfər gənc işçi qüvvəsinin daxil olduğu 2017-ci ildə də bu bazarın stabilliyi qorunub saxlanılıb. Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyata alınmış əmək müqavilələrinin sayı ötən il 44 min 700 ədəd artıb. Bu artımın təmin olunmasında, möhtərəm cənab Prezident, Sizin müvafiq Sərəncamınızla yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti də böyük rol oynayıb. Əmək bazarında stabilləşmənin mühüm göstəricilərindən biri də iş üçün məşğulluq mərkəzlərinə edilən müraciətlərin sayının azalmasıdır. Belə ki, 2016-cı ildə bu məqsədlə məşğulluq orqanlarına 204 min müraciət olunmuşdusa, 2017-ci ildə bu göstərici 1,7 dəfə azalaraq 118 minə enib.”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar