Xəbər lenti
Ukraynada azərbaycan diasporu ilə bağlı növbəti qalmaqal...
Ukraynada azərbaycanlılar eyni adda daha bir konqres yaradıblar. Artıq konqresin loqosu sosial şəbəkələrdə yayılıb.
Ukraynada yaşayan soydaşlarımızın musavat.com-a verdikləri məlumata görə, bu, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi” adlanan təşkilatdır. Təşkilatın rəhbəri kimi Xəyyam Həqiqətoğlu adlı azərbaycanlı təyin olunub.
Onu da qeyd edək ki, bu, artıq azərbaycanlıların Ukraynada yaratdıqları üçüncü eyniadlı konqresdir. Məlumat üçün bildirək ki, dünya üzrə azərbaycanlıların ilk konqresi (Ukrayna Azərbaycanlıları Konqresi) 1999-cu ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin tövsiyəsi və Azərbaycanın o vaxt Ukraynada səfiri olan, hazırkı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun səyi ilə yaradılıb.
Uzun müddət uğurla fəaliyyət göstərən UAK ətrafında 2012-ci ildə seçki qalmaqalı başlayıb. Belə ki, həmin dövrdə konqres sədri İlqar Abbasovun fəaliyyət müddəti başa çatması ilə əlaqədar bir sıra regionlar yığışıb, yeni sədr kimi Hikmət Cavadovu seçmək istəsələr də, Rövşən Tağıyev və tərəfdarları buna mane olublar.
Daha sonra bir müddət seçki mübahisəsi davam etsə də, nəticədə UAK-a yeni sədrin seçilməsi mümkün olmayıb. Bu səbəbdən Ukraynadakı bir sıra regionlar Hikmət Cavadovun ətrafında yığışaraq “Birləşmiş Ukrayna Azərbaycanlıları Diasporu” təşkilatını yaradıblar. Rövşən Tağıyev isə “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi” adlı təşkilat yaradıb. Bununla da artıq bir neçə ildir ki, Ukraynada Azərbaycan diasporu ilə bağlı qalmaqal səngimir.
Kiyevdə Ukrayna Daxili İşlər Nazirliyi qarşısında erməni mənşəli nazir Avakova qarşı oğurlanan və öldürülən azərbaycanlılarla bağlı etiraz aksiyasından sonra da bu qalmaqal yenidən alovlanıb. Belə ki, aksiya ilə bağlı Azərbaycan təşkilatları arasında fikir ayrılığı yaranıb. Hazırda sosial şəbəkələrdə yeni Konqresin səhifəsinin elan olunması da bundan qaynaqlanır.
Məlumata görə, bu təşkilatın yaranması Ukraynada azərbaycanlı iş adamlarının öldürülməsi ilə bağlı olaylarla əlaqəlidir. O da bildirilir ki, azərbaycanlıların Ukayna Daxili İşlər Nazirliyi qarşısında aksiya keçirərək erməni əsilli daxili işlər naziri Arsen Avakovdan cinayətlərin üstünü açmasını tələb etmələrindən sonra orada ermənilərin azərbaycanlılara qarşı təxribatı güclənib. Bildirilir ki, diaspora arasındakı parçalanma da bununla əlaqədardır.
Yuxarıda qeyd etdiyimiz konqresdən başqa Ukraynada Rövşən Tağıyevin sədrliyi ilə “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi”, İlqar Abbasovun sədrliyi ilə Ukrayna Azərbaycanlıları Konqresi fəaliyyət göstərir.(musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar