Xəbər lenti
Yeni nazir Fazil Məmmədovun qudasını da göndərdi...
Yeni vergilər naziri Mikayıl Cabbarov müavini Namiq Əliyevi qeyri-müəyyən müddətə məzuniyyətə göndərib.
Manevr.az report-a istinadən xəbər verir ki, nazir müavininin məzuniyyəti yeni ilin ilk iş günlərindən başlayıb.
Gözləntilərə əsasən, N.Əliyev məzuniyyətdən qayıtmayacaq və onun yerinə yeni müavinin təyin olunacaq. Bu vəzifəyə artıq hazırkı təhsil nazirinin müavini Mətin Eynullayevin namizədliyinin irəli sürüldüyü bildirilir.
Qeyd edək ki, N.Əliyev 2004-cü, M.Eynullayev isə 2017-ci ildən nazir müavini kimi fəaliyyət göstərir.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunub.
Qeyd edək ki, N.Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, keçmiş nazirin qızı nazir müavininin oğlu ilə ailə qurub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar