Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Apteklərdə peyvənd üçün vaksinlər niyə satılmır?- AÇIQLAMA

Tarix: 10-01-2018 10:01     Baxış: 3282 A- / A+
Apteklərdə peyvənd üçün vaksinlər niyə satılmır?- AÇIQLAMA

Bəzi ölkələrdə peyvənd üçün vaksinlərin apteklərdə satılmasına icazə verilir.

Məsələn, Rusiyada həkim resepti əsasında apteklərdən vaksin almaq olar. Ancaq bunun üçün alıçının termokonteyneri olmalıdır. Eyni zamanda, vaksini poliklinikaya adi çantada çatdırmaq olmaz. Əks halda, o xarab ola və keyfiyyətini itirə bilər.

Ukraynanın Səhiyyə Nazirliyi də bildirir ki, insanların termokonteyneri olduğu halda, apteklərdən qripə qarşı vaksinlər ala bilərlər.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva isə trend-ə bildirib ki, Azərbaycanda apteklərdə vaksinlərin satılmasına icazə verilmir:

“Buna görə də ölkədə apteklərdə vaksinlər satılmır. Çünki vaksinlərin xüsusi saxlanılma qaydaları var, onun saxlanılması üçün “soyuq zəncir” prinsiplərinə riayət olunmalıdır. Vaksinlər istehsalçıdan peyvənd olunan şəxsə qədər yalnız soyuducu rejimi gözləmək şərtilə saxlanılmalıdır. Peyvənd yalnız tibb müəssisələrində vurulmalıdır. Onlar “soyuq zəncir” rejiminə riayət edilmək şərtilə həmin müəssisələrə çatdırılır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar