Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qəza törədən 36 saylı marşrut bu məmurun imiş

Tarix: 09-01-2018 17:24     Baxış: 3363 A- / A+
Qəza törədən 36 saylı marşrut bu məmurun imiş

Piyadanın ölümünə səbəb olan marşrut xəttinin sahibi bəlli olub.
Dünən Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədən marşrut xəttinin sahibi ilə bağlı movqe.az saytı ilginc məlumat əldə edib. Xəbərə görə, bu gün piyada ölümünə səbəb olan 36 nömrəli marşurutun sahibi də ötən gün avtobusu dərəyə aşan 175 saylı xəttin sahibkarı Laçın Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Babək Aslanovdur. Qeyd edək ki, B. Aslanov Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın Rayon Şöbəsinin İdarə Heyyətinin sədridir. Dünən Bakı Nəqliyyat Agentliyi 175 saylı xəttin sahibkarı B. Aslanovla müqaviləyə xitam versə də, onun sahibi olduğu digər marşurutda yenidən qəza hadisəsi baş verib. Xatırladaq ki, iki il öncə də 36 saylı avtobusun iştirakı ilə baş verən yol qəzasında bir nəfər ölmüş, 12 nəfər ağır xəsarət almışdı.

B. Aslanov telefon zənglərinə cavab verməsə də 36 saylı xəttdə xidmət göstərən, adının çəkilməsini istıməyən şəxs, marşurutu B.Aslanovun razılığı ilə istismar etdiklərini bildirdi. Qeyd edək ki, dünən Xətai rayonu Məzahir Rüstəmov küçəsində ərazisində Bakı şəhər sakini İsa Hacıyev idarə etdiyi "Daewoo” markalı 36 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini, 1939-cu il təvəllüdlü Sabir Bədəlovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar