Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Hər kəs deyir ki, bir dəqiqəlik dayanmışdım..." -Vaqif Əsədov

Tarix: 09-01-2018 13:38     Baxış: 3300 A- / A+
"Hər kəs deyir ki, bir dəqiqəlik dayanmışdım..." -Vaqif Əsədov

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dayanma, durma və parklanma ilə bağlı avtomobil sürücülərinə müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov trend-ə bildirib ki, dayanma, durma və parklanma prioritret məsələlərdəndir:

“Sürücülərin əksəriyyəti avtomobillərin parklanması ilə bağlı tərtib edilmiş protokollarla razılaşmır, şikayət edir. Bu gün Bakı şəhərində kifayət qədər avtomobil duracaqları var və bu duracaqlardan düzgün istifadə edilməlidir. Eyni zamanda Bakı şəhərində 70-dən çox küçə və prospekt üzrə 300-ə yaxın parkomat var. Bu parkomatların ərazisində avtomobilləri düzgün, tələb edildiyi kimi park edin ki, yol polisi tərəfindən məsuliyyətə cəlb edilməyəsiniz. Hər kəs avtomobili düzgün saxlamalıdır. Buna qarşı təsirli tədbirlər görülür”.

V.Əsədov bildirib ki, gün ərzində daxil olan şikayətlərin 75-80 faizi dayanma, durma və parklanma ilə bağlı inzibati məsuliyyətə cəlb edilənlərdən gəlir: “Hər kəs deyir ki, mən bir dəqiqəlik dayanmışdım, ancaq araşdıranda məlum olur ki, heç də belə deyil. İki hərəkət zolağı olan biristiqamətli yolun hərəkət hissəsində 30 saniyə dayanılması pik saatlarında 60-a yaxın sürücünün 5 dəqiqə ləngiməsi deməkdir. Ona görə də, dayanma, durma və parklanma ilə bağlı nəzarət gücləndirilib”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar