Xəbər lenti
Əsnədikdə ağızı tutmaq lazımdırmı?
1. Həm namazda, həm də namazdan kənarda əsnədikdə ağızı əl ilə tutmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah (Öz qullarının) asqırmağını sevir, əsnəməklərini isə xoşlamır. Asqırdıqdan sonra Allaha həmd edən (müsəlmana): "Allah sənə rəhm etsin (Yərhəmukəllah)"- demək, bunu eşidən hər bir müsəlmana vacibdir. Əsnəmək isə şeytandandır. Adam bacardığı qədər bunun qarşısını almalıdır. Adam: "Haaah"- etdiyi zaman şeytan ona gülür". (əl-Buxari, 6223).
Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Qoy, sizdən biri əsnədiyi zaman əlini ağzına tutsun, çünki şeytan onun ağzına girə bilər". (Muslim, 8/226; əl-Buxari "Ədəbul-Mufrad", 951).
Manevr.az zikr.az-a istinadən bildirir ki, əsnədikdə çalışıb ağzını açmamalı və əgər bunu bacarmazsa, onda heç olmasa əli ilə ağzını tutmalıdır.
2. Dəstəmaz əsnasında sabundan istifadə etmək düzgün deyil. Belə ki, dəstəmaz dini ayin sayılır və ona dində buyurulmayan əməl salmaq olmaz. Əgər əlinizi və üzünüzü sabunlamaq istəyirsinizsə, bunu dəstəmazdan qabaq və ya sonra etmək lazımdır.
3. Namazı və dəstəmazı Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) necə edibsə, onun kimi etmək lazımdır. Daha ətraflı:
4. Əgər bu ağacın yarpaqlarını yandırdıqda gözəl qoxusu gəlirsə, bunu etmək qadağan deyil. Amma hər hansı yaradılmış bir şeyi müqəddəsləşdirmək düzgün deyil.
5. Ruzi duası adlı xüsusi bir dua yoxdur. Heç bir duanı kağıza yazıb pul kisəsində saxlamaq və ya ona üfürmək düzgün deyil. Bunun dində əsli yoxdur. Dua sözü çağırış deməkdir. Duanı Allaha üz tutaraq etmək lazımdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar