Xəbər lenti
İtkin düşən alpinistimizin yazısı üzə çıxdı

Sosial şəbəkələrdə itkin alpinist Babur Hüseynovun yazdığı şeiri müzakirə mövzusuna çevirilib.
Sözügedən şeiri təqdim edirik:
İçimdə mütilik zəncirlərini,
Didib parçalayır vəhşi bir heyvan!
Bu heyvan adlanır-azadlıq eşqi,
O eşq ki həsrətdir ona çox insan.
Tufanla, küləklə pəncələşərək,
Soyuq göy sularla, buz dalğalarla,
Qaya tək sevişib titrəyəcəyəm.
Şəhərin suni, boz işıqlarını,
Ən uzaq, sehrli, al ulduzlarla,
Ən parlaq səmayla əvəz edəcəm!
Tənha mağaraya çəkilərək mən,
Dalaram seyrinə kəhkəşanların.
Ruhumun soyumuş,boş otaqları,
Dolacaq sehriylə asimanların.
Bir tənha ağac tək bitib zirvədə,
Olaram təsəlli tənha qəlblərə.
Bir tənha ada tək itib dənizdə,
Köçərəm ən dilsiz sükunətlərə.
Ey Tanrının ərşi sayılan qəlbim!
Səni zahidliklə dolduracağam.
Bakirə ruhumun uca məbədi!
Sənin paklığının keşiyində mən,
Sadiq bir əsgər tək daim duracam!
sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar