Xəbər lenti
Kalori yandırmağın SEKSUAL ÜSULLARI: öpüş, seviş...
Seks zamanı hiss etdiyiniz ehtiras sadəcə ürəyinizi döyündürməyəcək, eyni zamanda, kalori yandırmağınızın ən zövqlü forması olacaq. Manevr.az ailem.az-a istinadən kalori yandırmağın seksual üsullarını təqdim edir.
Öpüşmək: saatda 68 kalori
Öpüşmək sadəcə ehtirasınızı göstərməyə və sevdiyinizlə aranızdakı bağı gücləndirməyə deyil, eyni zamanda, kalori yandırmağa da yarayır. Seks öncəsi öpüşmə və ön sevişmə olursa, hətta saatda 90 kalori itirilə bilər.
Soyunmaq: yarım saatda 8 kalori
Seks zamanı insan soyunarkən 8-10 arasında kalori itirir.
Masaj etmək: saatda 80 kalori
Araşdırmalara görə, yaxşı bir masaj ürəyinizin ritmini artırıb bədəninizi kalori yandıracaq hala gətirə bilər. Masaj etdirmək yerinə sevdiyinizi masaj etmək daha çox kalori yandırmanıza səbəb olacaq.
Sevişmək: yarım saatda 144 kilo
Seks zamanı yanan kalorinin miqdarı seksin çox ehtiraslı olmasından və müddətindən asılıdır. Hələ üstəlik inilti və dərin nəfəslərlə ekstra 18-23 kalori itirə bilərsiniz. Orqazm olan qadınların olmayanlara nisbətən daha çox kalori yandırdığı təsdiqlənib.
Rəqs etmək: yarım saatda 103 kalori
Elmi araşdırmalar göstərib ki, hər hansı bir aerobik idmandan sonra qadınların ehtirasa gəlməsi daha asan olur. Sakit rəqs xoş olsa da, buna bir az öpüşmə, dişləmə, qucaqlama da əlavə edin.
Ön sevişmə: yarım saatda 238 kalori
Sevdiyiniz insanla geyimlərinizi belə, çıxarmadan sevişməyin çox kalori yandırdığını bilirsinizmi? Ürək ritminiz sürətlənir və dərin nəfəs almalar kalori yandırmağa kömək edir. Yataqda fırlanmağa və yer dəyişməyə çalışın. Nə qədər erotik olsanız, o qədər zövq alacaq və arıqlayacaqsınız.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar