Xəbər lenti
Bəzi dərmanların tərkibinə bu HEYVANLARIN BIĞLARI QATILIR
Səyahətçi fotoqraf Arif Ələkbər Tanzaniyada, Serengeti qoruğunda məskunlaşan leopardların fotolarını çəkib. Manevr.az fotoqrafın leopardlar haqda yazdığı maraqlı faktları təqdim edir:
- Leopardın (bəbirin) adı “leon” (aslan) və “pardus” (panter) yunan sözlərinin birləşməsindən yaranıb.
-Ölçüsünə görə panterkimilər arasında ən “xudmanisidi”. Erkəklərin çəkisi 60-80 kq, dişilərin 40-60 kq arası olur. Müqayisə üçün deyim ki, erkək aslanın çəkisi təxminən 250 kq olur.
- Bu kiçik ölçüsünə rəğmən, öz çəkisindən 3 dəfə artıq olan heyvanları ovlaya bilir.
- Çox gizlin həyat tərzi sürürlər. Vəhşi təbiətdə onlara rast gəlmək müşkül məsələdir.
- Topuqlarının xüsusi formasının hesabına leopard asanlıqla ağaca dırmaşır. Həmişə də ordan başı aşağı düşür.
- Yeganə pişikkimidir ki, şikarını ağacın başına çıxarıb orda nuş edir. Şikar da öz ölçülərindən 3 dəfə artıq ola bilər. Məsələn, zürafə balasını öldürüb, asanlıqla 6 m hündürlüyə dartıb çıxarda bilir.
- Hər bir leopardın üzərindəki ləkələr unikaldır. Lap zebralardakı kimi.
- Aslanlar kimi, leopardlar da nərildəyə bilirlər, amma “abır-həya” güdərək. Həm də ev pişikləri kimi mırıldaya da bilirlər.
- Eşitmə qabiliyyəti insanınkından 5 dəfə daha güclüdür.
- Bütün vəhşi pişiklər arasında ən möhkəm dişlək sahibi sayılır.
- Görmə qabiliyyətləri hesabına 2 km-dək məsafəni asanlıqla var-gəl edirlər.
-Saatda 60 km sürətlə qaçan leopardların həm də əla alpinistliyi və üzgüçülüyü var. Uzunluğa (7 m) və hündürlüyə (3 m) tullanmaq qabiliyyəti də onlara təbiətin bəxş etdiyi bir lütfdür.
- Quyruqları təqribən elə bədənləri uzunluğunda olur. Onun hesabına qəfil döngələri çox asanlıqla yola verirlər.
- Əsasən gecə ova çıxırlar.
- Dişi leopardların 2-3 balası olur. 2 yaşınadək anasıyla gəzib dolaşan bala daha sonra təkbaşına yaşamağa başlayır. Bəzən eyni anadan eyni vaxtda həm qara, həm də qara—qonur leopardlar da doğulur. Belə melanist-leopardları qara pantera adlandırırlar. Amma qara olmalarına baxmayaraq, üzərilərində az və ya çox miqdarda ləkələr olur.
- Brakonyerlər gözəl xəzinə və… bığlarına görə onları ovlayırlar. Bığı neynirlər? Deyilənə görə, bəzi dərmanların hazırlanmasında istifadə olunur.
- Çox su içməklə araları yoxdur. Elə qida ilə bərabər aldıqları maye çox zaman onlara bəs edir./Ailem.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar