Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Su çiçəyinə bənzər infeksiya yayılıb - ANALAR, QARIŞDIRMAYIN

Tarix: 06-01-2018 12:43     Baxış: 2402 A- / A+
Su çiçəyinə bənzər infeksiya yayılıb - ANALAR, QARIŞDIRMAYIN

Koksaki virusları əsasən uşaqlarda olsa da, bəzən böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır.
Manevr.az medicina.az-a istinadən bildirir ki, pediatr Altay Abdullaoğlu infeksiyanın ilkin əlamətlərindən danışıb. Bildirib ki, xəstəlik ilkin olaraq qrip kimi başlayır: "Qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir. Səpkilər əsasən ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır".
Əksər valideynlər səpkilərə görə bunu su çiçəyi xəstəliyinə bənzədirlər. Əslində isə bu virusun həmin xəstəliklə əlaqəsi yoxdur.

Pediatrın sözlərinə görə, virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür.

"Körpələrdə səpkilər yarandıqda valideynlər çox narahat olduqları üçün çox sayda dərman vasitələrindən istifadə edirlər. Amma hər zaman qeyd etdiyimiz kimi, virus infeksiyalarının köklü müalicəsi yoxdur. Virus infeksiyası, diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Bu xəstəlik adətən öz-özünə, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir", - deyə A.Abdullaoğlu bildirib.

Nəzərinizə çatdıraq ki, hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər. Altay həkim belə bir halda da antibiotikdən istifadənin tam əleyginə olduğunu vurğulayıb: "Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Halsızdırsa, dincəlməlidir. Ən mühüm məsələ olaraq çoxlu maye qəbul edilməlidir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar