Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ehtiyata buraxılan hərbi qulluqçular yola salınıb

Tarix: 05-01-2018 22:00     Baxış: 4327 A- / A+
 Ehtiyata buraxılan hərbi qulluqçular yola salınıb


“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 dekabr tarixli Sərəncamının icrası ilə bağlı müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə xəbər verir ki, Tərtər şəhərində keçirilən təntənəli yolasalma mərasiminin iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Nazirliyin əməkdaşı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani tədbir iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikini çatdırıb.

Qeyd olunub ki, hazırda respublikanın bütün şəhər və rayonlarının çağırış məntəqələrində Vətən oğullarımız böyük həvəslə hərbi xidmətə yollanırlar. Xidmətini müvəffəqiyyətlə başa vuran gənclərimiz isə mənəvi və fiziki cəhətdən daha da möhkəmlənərək ordu sıralarından ehtiyata buraxılırlar.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov ehtiyata buraxılan gənclərə tərtərlilər adından uğurlar arzulayıb. Aprel döyüşlərinin şəhidi Nicat İsgəndərovun atası Bəhruz müəllim hər bir əsgərin timsalında oğlunu gördüyünü və onların tezliklə şəhidlərimizin intiqamını alacağına əminliyini bildirib.

Tərtər şəhər Cümə məscidi dini icmasının sədri Hacı Sadiq Vətən sevgisindən danışıb və ərazilərimizin müdafiəsində xüsusi fərqlənən oğulların mülki həyatda da Vətənə sədaqətlə xidmət edəcəklərinə inandığını deyib.

Birlik komandirinin müavini, polkovnik-leytenant Babək Səmidli artıq hərbi hissəyə gənc əsgərlərin gəldiyini və onların ehtiyata buraxılan hərbçilərin varislik estafetini ləyaqətlə davam etdirəcəklərini qeyd edib.

Vaxtilə hərbi hissədə tabor komandiri kimi xidmət etmiş müharibə veteranı Pənah Məmmədov Azərbaycan Ordusunun gücündən bütün xalqımız kimi, tərtərlilərin də böyük qürur duyduğunu vurğulayıb və hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bəyan edib.

Ehtiyata buraxılan hərbi qulluqçular adından əsgər Vaqif Qarayev silah, dəmir dəbilqə və zirehli gödəkçəsini estafet rəmzi olaraq gənc əsgər Xəyyam Quluzadəyə təqdim edib. Gənc əsgər bu estafeti şərəflə davam etdirəcəyinə və xalqımıza böyük qələbə sevincini yaşadacaqlarına and içib.

Əsgərlərə hədiyyələr və fəxri fərmanlar verildikdən sonra mərasim Tərtər rayon mədəniyyət işçilərinin mədəni-kütləvi proqramı ilə davam edib.aznews.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar