Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yanvarın 1-dən limitlər SIFIRLANDI - “Azəriqaz”dan VACİB AÇIQLAMA

Tarix: 05-01-2018 11:43     Baxış: 1878 A- / A+
Yanvarın 1-dən limitlər SIFIRLANDI - “Azəriqaz”dan VACİB AÇIQLAMA

“2017-ci ildə olduğu kimi, 2018-ci ilin yanvarın 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpikdən, 1700 kubmetrdən artıq istifadə olunan qazın dəyəri isə 20 qəpikdən hesablanacaq”.

Bunu metbuat.az-a açıqlaması zamanı "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayi bildirib.
Onun sözlərinə görə, bu barədə Tarif Şurasının 22 dekabr 2016-cı il 19 nömrəli qərarında deyilir:

“Həmçinin, elektron sayğaclardan istifadə edən əhali istehlakçıları üzrə 1700 kubmetr limit yanvarın 1-dən başlayaraq smartkarta aparılan ilk ödəniş əməliyyatından etibarən hesablanacaq.

Qeyd edim ki, ötən il ərzində abonentlərin istehlak etdikləri təbii qazın monitorinqi aparılıb. Mexaniki qaz sayağacları ilə təmin olunan abonentlərin 20% -si illik limiti keçib. “Azəriqaz” İstehsalat Birliyi istifadəçilərin məlumatlandırılması üçün bildirir ki, dekabrın sonundan etibarən, 2017-ci il üçün nəzərdə tutulmuş limit başa çatdırılıb. Növbəti il üçün limitin hesablanmasına artıq start verilib.

2017-ci ildə ayrılan limiti keçməyən istifadəçilər 2018-ci ildə qalan limitdən istifadə edə biləcəklərmi?

Mətbuat katibi bildirdi ki, limit illik verilir:

“Limitin üzrərinə limit gəlmir. Ötən il limiti keçməyən istifadəçilər növbəti ildə həmin limiti istifadə edə bilməzlər. Limit ilin əvvəlində sıfırlanır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar