Xəbər lenti
Bir ildən çoxdur eyni büzqalterdən istifadə edirsiniz? - Bu xəbəri oxuyun!

Hər gün istifadə etdiyiniz ev əşyalarının son istifadə tarixinin olduğunu bilirdinizmi?
Manevr.az evə aldığınız bəzi əhəmiyyətli əşyaların son istifadə tarixini təqdim edir:
1 – Hamam lifləri

6 aydan sonra dəyişdirilməsi lazımdır. Lakin hamam liflərinin istifadə müddətini uzatmaq istəyirsinizsə, bu lifləri davamlı olaraq suda qaynadın. Üzərindəki bakteriyaları bu şəkildə öldürə bilərsiniz.
2 – Əmzik

Uşaqların doya bilmədiyi əmziklərin 2-5 həftə istifadə müddəti vardır. Əmziyin üzərində yarana bilən çatlarda mikroblar yığıla bilər. Ona görə də nə qədər istifadə edilməsinə və görüntüsünə baxmayaraq ən geci 5 həftədən bir dəyişdirilməlidir.
3 – Diş fırçası
3 aya qədər istifadə müddəti vardır. Diş fırçaları sadəcə köhnəldiyi zaman deyil, eyni zamanda qrip olandan sonra da dəyişdirilməlidir. Əks halda yenidən xəstə olmanız qaçılmazdır.

4 – İdman ayaqqabıları
1 ilə qədər istifadə müddəti vardır. 6 km qaçandan sonra idman ayaqqabıları sıradan çıxmağa başlayır. Bu isə oynaqlarımızın daha da yorulacağı mənasını verir.

5 – Yastıq
2-3 ildən sonra yastıqlarımız dəyişdirilməlidir. Yastıqlar evdə olan tozları üzərinə yığar, formaları dağıldığı üçün boyun ağrısına səbəb ola bilir.

6 – Əl-üz dəsmalı
1-3 il ərzində təzələnməlidir. Hətta bakteriya qaynağı olan dəsmalları yumaq da problemin həlli olmaya bilər.

7 – Büzqalter
Büzqalteriniz forma və quruluşunu itirdiyi, böyük və ya balaca olmağa başladığı zaman sizi narahat edirsə dərhal dəyişdirməlisiniz.

8 – Un
Evdə saxladığınızın unun 6-12 ay arasında istifadə edilməsi lazımdır. Əla keyfiyyətli un 1 ilə qədər istifadə edildiyi halda, keyfiyyətdə aşağı olan unlar isə 6 ay saxlanıla bilər.

9 – Evdə geyinilən ayaqqabılar
6 ay istifadə müddəti vardır. Göbələk xəstəliyinin yaranması üçün olduqca əlverişli olan ev ayaqqabıları mümkün olduqca tez-tez yuyulmalıdır.

10 – Ətir
Təbii yağ tərkibli ətirlər qapalı şəkildə saxlandığı zamanı 3 il, açıq qaldıqda 2 ilə qədər qala bilər.

11 – Saç darağı
Saçlarınızı daradığınız daraqları həftədə bir dəfə təmizləməli, ildə bir dəfə isə dəyişdirməlisiniz.

12 – Ədviyyatlar
1-3 ilə qədər istifadə müddəti vardır. Çünki saxlanılan ədviyyatlar vaxt keçdikcə dadını və qoxusunu itirir.“A24.az”

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar