Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qəbələdə alpinistlərin axtarışı uğursuz oldu

Tarix: 04-01-2018 17:11     Baxış: 5326 A- / A+
Qəbələdə alpinistlərin axtarışı uğursuz oldu

Quba rayonu istiqamətində itkin düşmüş "Gilavar" hava və ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin Qəbələ rayonu ərazisindəki axtarışları nəticə verməyib.

Manevr.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib.
Onun sözlərinə görə, Qəbələdə axtarışlar fasiləsiz aparılsa da, nəticə verməyib: "Artıq biz qayıtmışıq. Qubanın Xınalıq istiqamətində Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları axtarışları davam etdirir. Biz də həmin axtarışlara qoşulacağıq. Məndə olan məlumatlara görə, hələ ki axtarışlardan müsbət nəticə əldə edilməyib".

Z.Qasımov bildirib ki, hazırda Qəbələ rayonu ərazisində də axtarışlar davam etdirilir: "Qəbələdə hazırda alpinistlərin ailə üzvləri və yaxınları da axtarışlara qoşulub".

Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar