Xəbər lenti 
					
 
		Aşura günü bu tarixdə olacaq - RƏSMİ

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirilib.
Manevr.az xəbər verir ki, tədbirdə QMİ-nin Elmi-Dini Şurası və Qazılar Şurasının üzvləri, qurumun səlahiyyətli nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, habelə dini icma rəhbərləri və tanınmış elm adamları iştirak ediblər.
QMİ sədri Allahşükür Paşazadə İslamda müqəddəs aylardan sayılan Mərərrəm ayının özəlliklərindən, Kərbəla hadisəsi və Aşura gününün mahiyyətindən danışıb, Məhərrəm ayının dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməsinin vacibliyini vurğulayıb, bu barədə axund və imamlara müvafiq tapşırıq və tövsiyələrini verib.
Məhərrəm ayının 1-i Miladi təqvimlə 2016-ci il oktyabr ayının 3-nə, Aşura günü isə oktyabrın 12-nə təsadüf edir.
Fətvada Aşura mərasimlərini mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli olduğu vurğulanıb: "Əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər".
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















