Xəbər lenti
Yanvarın 12-dək bunlar etsəniz, BÜTÜN İL BOYU... - VACİB TÖVSİYƏLƏR
Yeni il yeni başlanğıc deməkdir. Ətrafımızda olan hər şey təzələnir. Yeni ilin doğuşu ilə bizim həyatımıza təsir edən enerji dəyişir. Bəs gələn ilimizin köhnə ilimizdən uğurlu olması üçün nə etməli? Köhnə ilin uğursuzluqlarını geridə qoyub, yeni ildə şansın bizi izləməsi üçün nələrə nəzər yetirməliyik?
Publika.az yeni ildə arzularımızın gərçəkləşməsi üçün rahat və hər kəsin bacara biləcəyi ayinləri təqdim edir:
Yeni ilə bir həftə qalmış...
Yeni ilə yeddi gün qalmış köhnə ilin neqativ yüklü enerjisini təmizləmək lazımdır. Keçmişi təmizləyərək biz ailədəki, münasibətlərdəki və işdəki bir çox problemləri həll etmiş oluruq. Borclarımızla hesablaşaraq, yeni məqsəd və planlar üçün hazırlıqlara başlayırıq.
25 dekabr. Özünlə təklikdə olmaq vaxtıdır. Sakit atmosferdə keçmiş ili yada salın, nəyi səhv və ya düzgün etdiyinizi xatırlayın. Arzu və istəklərinizi dərk edin və gələcəklə bağlı planlarla məşğul olun.
26 dekabr. Sağlam və aktiv istirahət günüdür. Pis vərdişlərinizdən uzaqlaşın, təmiz havada gəzin. Təmizlik işi aparın, lazımsız əşyalardan xilas olun.
27 dekabr. Əgər əylənmək istəyirsinizsə, deməli doğru gündür. Görüşlərə gedin, uşaqlarla oynayın və yaxınlarınıza səni sevirəm deyin.
28 dekabr. Valideynlərinizə vaxt ayırın. Ev işləri ilə məşğul olun. Əgər lazımdırsa, yaxın və doğmalarınızdan üzr istəyin.
29 dekabr. Bu gün əks cinsin nümayəndəsi ilə münasibətin hormanlaşdırılmasına həsr olunsa, daha yaxşıdır. Üzr istəyin və bağışlayın.
30 dekabr. Alış-veriş üçün əla gündür.
31 dekabr. Dəyişikliklər və sevincli planlar vaxtıdır. Doğma və sevdiyiniz insanlarla vaxt keçirin.
İlk 12 gün...
İlk 12 günü necə keçirsəniz, bir il boyunca elə davam edəcəksiniz. Çalışın 12 gün ərzində ağlamayın, heç kəslə pis rəftar etməyin, aqressiyadan isə ümumiyyətlə uzaq durun. 12 gün ərzində düzgün əhval-ruhiyyəni qorumaq və hər günə uyğun hərəkət etmək lazımdır.
1 yanvar. Gününüzü ailənizə həsr edin və yenidən çatmaq istədiyiniz məqsədlərinizə nəzər salın. Sevdiklərinizə isti münasibət göstərməkdə xəsislik etməyin. Bu kainatdakı ən böyük enerjidir.
2 yanvar. Kimi Yeni İl münasibəti ilə təbrik etməmisinizsə, onlara telefon açın. Bəlkə illərlə danışmadığınız uşaqlıq dostunuz var? İnanın ki onlar, buna çox sevinəcək.
3 yanvar. Dünyadan uzaqlaşaraq, sakitləşdirici musiqi açın və meditasiya edin. Bu gün həzz almaqda heç bir günah yoxdur. Söhbət fiziki həzdən yox, ruhun dincəlməsindən gedir.
4 yanvar. Arzunuza doğru ilk addım atın. Cəsarətli arzular aktiv hərəkətlər və real işlər tələb edir. Ona görə bu gün nəticəyə köklənin.
5 yanvar. Bu gün özünüzə pul xərcləyin.
6 yanvar. Strateji planlaşdırma zamanıdır. Nə ilə məşğul olacağınız mühüm deyil. Əsas odur ki, dəqiq planınız olsun. Ətrafdakılarınıza planlarınız haqqında deməyi unutmayın, sizin köməyə ehtiyacınız ola bilər.
7 yanvar. Bu günü ailənizə həsr edin. Onlara hədiyyə alın. Evlə bağlı nəsə iş görün. Bunları həvəslə etməyə çalışın.
8 yanvar. Uşaq və sənət günüdür. Özünüzü uşaq kimi hiss edin və o ab-havaya düşün. Uşaqlarla birgə rəsm, applikasiya və klunariya möcüzələri hazırlayın. Uşağınız yoxdursa, uşaqları olan tanışlarınıza gedin. Onlara hədiyyə və yaxşı əhval-ruhiyyə aparın.
9 yanvar. Pəhriz və pis vərdişlərdən imtina etmək üçün əla gündür.
10 yanvar. Partnyorunuzla, qohum və dostlarınızla münasibətləri düzəltmək üçün yaxşı gündür. İlboyu yanınızda görmək istədiyiniz insanlar üçün hədiyyələr alın, sevinc və gülüş verin. Münasibətləri analiz edin, əgər kiminləsə yola getmirsinizsə yeni münasibət forması düşünün.
11 yanvar. Bu gün həyatınızda nələri uzaq tutmaq istədiyinizi dəqiqləşdirin. Mənfi enerjidən təmizlənmək üçün üç ünsürü çağırın: unutmaq istədiklərinizi kağızda yazın - bu torpaq ünsürüdür, sonra bütün neqativi atəşə verərək yandırın - bu od ünsürüdür. Üfürərək Küləyin bütün fikirlərinizi aparmasına icazə verin. Ancaq bütün bunları suyun altında edin! Dördüncü ünsür sudur. Su sizin həyatınızdan getməsi lazım olan hər şeyi yuyub aparacaq.
12 yanvar. Plan və məqsədlərinizi xatırladacaq talismanı axtarın. İçinizdəki hissi əksetdirən bir şeylər alın. Köhnə Yeni İldə arzunuzla birlikdə talismanı balışınızın altına qoyun və özünüzə möcüzəyə inanmağa icazə verin
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar