Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Məscidlərimizdə internetdən istifadə haramdırmı...

Tarix: 01-01-2018 10:42     Baxış: 4469 A- / A+
Məscidlərimizdə internetdən istifadə haramdırmı...

İnternet hazırda günümüzün ən vacib tələbatlarından biri hesab olunur. İnsanlar texnologiyanın bu imkanlarından gündəlik olaraq hər yerdə - işdə, evdə, istirahət məkanlarında istifadə edirlər.
Avropa ölkələri və başqa yerlərdə hətta dini məkanlar da internetlə təmin olunub.

Bəs Azərbaycanda necə, məscidlərdə internet varmı, ibadətə gələnlər Wi-Fi-dan istifadə edə bilərmi? Yoxsa Azərbaycan məscidlərində internetdən istifadə haramdır?


Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Bakıdakı “Məşədi Dadaş” məscidinin imam camaatı hacı Şahin Həsənli modern.az saytına bildirib ki, bu gün bir çox məscidlərdə də Wi-Fi şəbəkəsi vasitəsilə internetdən istifadə etmək mümkündür:

“Ölkəmizdə kifayət qədər məscid var ki, internetdən istifadə olunur. Buna təmamilə normal baxılır, burada qəbahətli nəsə yoxdur”.


Hacı Şahinin sözlərinə görə, dini ayinlər insanlarla canlı şəkildə icra olunmalıdır:

“Məsciddə keçirilən tədbirlərin canlı şəkildə yayımlanması üçün internetdən istifadəyə ehtiyac olur. Məsələn, bayramlarda və ya hüzn mərasimlərində internet vasitəsilə canlı yayımdan istifadə edilir, belə tədbirlər sosial şəbəkələrdə canlı olaraq yayımlanır. Məsciddə internetin olması təmamilə normal haldır, heç bir əsas yoxdur ki, biz məsciddə internetdən istifadəni qadağan edək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar