Xəbər lenti
Bakıda şirkət bir günə 90-dan çox kişini işdən qovdu - FOTO

Bakıda tikinti şirkətinin 90-dan çox işçisi bir gündə işdən çıxarılıb.
Manevr.az xəbər verir ki, bu barədə "Baku.ws”ə "North West” şirkətinin işdən qovulan işçiləri məlumat veriblər.
Onların sözlərinə görə, şirkət rəhbərliyi son bir ayın maaşını da verməyib.
"Bizi heç bir xəbərdarlıq edilmədən işdən çıxarıblar. Sayımız 90-dan çoxdur. Səbəb kimi deyirlər ki, şirkətdə böhran yaşanır. Bunu başa düşdük, amma əvvəlcədən deyərdilər ki, işdən çıxarılacağıq, biz də işimizi bilərdik. Bir günün içərisində hamımızı işdən qovdular. Təzminat tələb edirik”, - deyə şikayətçilər bildirib.
Narazı işçilərin sözlərinə görə, işdən çıxarılmaları ilə yanaşı müxtəlif hədə-qorxu gəliblər və çalışanları təhqir ediblər.
"Bizimlə əmək müqaviləsi də imzalanmayıb. Qanundan yayınıblar”, - deyə "North West” şirkətindən çıxarılan Kənan Əmrahlı bildirib.
90-dan çox işçi etiraz əlaməti olaraq Aeroport yolunu bağlayacaqlarını söyləyib.

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar