Xəbər lenti
Uşağını satmaq istəyən ailə yoxa çıxdı
Dekabrın 28-də elan saytlarının birində atanın 40 günlük körpəsini satması ilə bağlı elan yerləşdirilmişdi. Orxan adlı şəxs elanda uşağın şəklini paylaşaraq 40 günlük tam sağlam oğlan uşağı olduğunu və 10 min manata razılaşma yolu ilə sata biləcəyini qeyd edib. Elan saytda olan vaxt əməkdaşımız Orxan adlı şəxslə əlaqə saxlayıb, şərti alıcı qismində danışaraq uşağı ala biləcəyini deyib. Orxan adlı vicdansız ata isə görüşərək razılığa gələ biləcəklərini bildirib. O, uşağın Respublika Klinik Xəstəxanasında doğulduğunu və hələ də orada qeydiyyatda olduğunu bildirib. Orxan adlı şəxs əməkdaşımıza xəstəxanaya gedərək uşağı onun adına keçirə biləcəyini də vurğulayıb.
Bu məsələ ictimailəşdirildikdən az sonra həmin elan saytdan yığışdırılıb. Buna səbəb isə Orxan adlı şəxsin uşağını satmaq fikrindən daşınması olub. Lent.az-ın əməkdaşı 40 günlük oğlan uşağının satışa çıxarılması hadisəsini araşdırmaq üçün ailənin kirayə yaşadığı Hövsan qəsəbəsinə gedib. Övladını daha əvvəl satmaq istədiyini deyən Orxan adlı şəxs fikrindən daşındığını və bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib. O qeyd edib ki, 24 yaşı var və əslən Tovuz rayonundandır, uşağını da imkansızlıq səbəbindən satmaq istəyirmiş: “Neçə vaxtdır ailə qurmuşam, kirayə yaşayıram. Amma iş tapa bilmirəm. Boyum balaca olduğu üçün mühafizə işinə götürmürlər, marketlərə yazdığım cv-lərə də cavab vermirlər. Ona görə çıxılmaz vəziyyətdə qalmışdım, evdə yemək, pampers qurtarmışdı, başımı itirmişdim. Bilmirdim nə edim, ona görə də belə bir fikir ağlıma gəldi”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar