Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə ANS-lə bağlı qətnaməni ləğv etdi

Tarix: 29-12-2017 11:00     Baxış: 31 261 A- / A+
Məhkəmə ANS-lə bağlı qətnaməni ləğv etdi

"Sharks" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə "ANS ÇM” Yayım və Media Şirkəti arasında gedən məhkəmə çəkişməsi başa çatıb.

Manevr.az "report"a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə qismən ləğv edilib, həmin hissədə iddia təmin olunmayıb.

Qeyd edək ki, ANS-lə "Sharks" şirkəti arasında 2013-cü il avqustun 27-də ilk müqavilə bağlanıb. ANS 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək sponsorluq haqqında müqaviləyə əsasən borcun tutulması iddiasını irəli sürüb.

Prosesdə ANS-in hüquqi nümayəndəsi iddia edib ki, "Sharks" şirkəti onlara yalnız 2 müqavilənin pulunu ödəyib: "ANS-lə "Sharks" şirkəti arasında 2013-cü ildə 14 müqavilə imzalanıb. Müqaviləyə əsasən, ANS "Sharks" MMC-nin reklam məsullarını efirdə yerləşdirib. Həmin reklam çarxlarının qarşılığında şirkət ANS-ə yalnız 2 müqavilənin pulunu ödəyib. Onlar ANS-ə hissə-hissə - 1 279, 3 900, 700 və 2 036 manat vəsait ödəsə də, qalan pullar ödənilməyib. Biz "Sharks" şirkətinin qalan 34 900 manat pulu ödəməsini istəyirik".
"Sharks" şirkətinin nümayəndəsi isə qarşı tərəfin iddiasını qəbul etməyib və MMC-nin ANS-ə borclu olmadığını bildirib: "Bu iddianı qəbul etmirik. Çünki hər iki şirkət arasında müqavilə bağlanan zaman "Sharks"ın rəhbəri Səadət Bağırovanın həm imzası, həm də şirkətin möhürü olmayıb. Müqavilədəki imza şirkət nümayəndəsi Rahilə Tağıyevanın imzasıdır".

Məhkəmə iddianı qismən təmin edib. Şirkət həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şirkətin apellyasiya şikayətini təmin etməyib.

"ANS ÇM” Yayım və Media Şirkəti isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, borcun və dəbbə pulunun ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddia tələbini qismən təmin edib.

Xatırladaq ki, "ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziya ləğv edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar