Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

İtkin düşən alpinistlərdən XƏBƏR VAR

Tarix: 27-12-2017 18:57     Baxış: 5519 A- / A+
İtkin düşən alpinistlərdən XƏBƏR VAR


Quba rayonunda dağlıq ərazidə itkin düşən alpinistlərin axtarışı davam etdirilir.

Manevr.az xəbər verir ki, Quba rayon İcra Hakimiyyəti Xınalıq İcra Nümayəndəliyinin sədri Nəsimi Məmmədov lent.az-a bildirib ki, "Gilavar” - hava və ekstrim idman klubunun üzvü olan alpinistlər: Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı sonuncu dəfə Mahmuddərə adlanan ərazidə olarkən mesaj yazıblar. Onlar bildiriblər ki, hava şəraiti ilə bağlı yuxarı qalxa bilməyiblər və Mahmud çayının dərəsində gözləyirlər.

İcra nümayəndəsi həmçinin əlavə edib ki, dekabrın 23-dən etibarən 2 gün ərzində Xınalıq və ətraf ərazilərdə hava çox əlverişsiz, küləkli və yağıntılı olub. Növbəti iki gün ərzində isə hava şəraiti daha isti keçməyə başlayıb.

Mütəxəssislər bildirirlər ki, səthi qarlı olan ərazilərdə havanan birdən-birə istiləşməsi alpinitslər üçün əlverişsiz hesab edilir.

Qeyd edək ki, Quba rayonunun Xınalıq kəndindən dekabrın 23-də Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. FHN həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar