Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bəzi qüvvələr Azərbaycanı öz oyunlarına alət etmək niyyətindədirlər

Tarix: 27-12-2017 17:32     Baxış: 5352 A- / A+
Bəzi qüvvələr Azərbaycanı öz oyunlarına alət etmək niyyətindədirlər

"Azərbaycanın dini mühitində baş verən bir sıra xoşagəlməz halların iki əsas mənbəyi mövcuddur".

Manevr.az report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı deyib.

Onun sözlərinə görə, bunlardan birincisi xaricdən Azərbaycana ixrac olunan ekstremizmdir ki, dini rəng alaraq əhalinin mənəviyyatına, əxlaq dəyərlərinə ciddi zərbə vurur:

"İkinci cəhət isə bəzi qərəzli qüvvələrin, təəsssüf ki, kütləvi informasiya vasitələri və sosial media vasitəsilə dini mühitimiz haqqında bilərəkdən mənfi rəy formalaşdırmasıdır".

QMİ-nin sədr müavini qeyd edib ki, son dönəmin ən böyük problemi dünyanı və xüsusən müsəlman aləmini bürüyən radikallaşma, terrorizm və ekstermizimdir: "Təəssüf ki, Qərbin fitnəsi ilə islam aləmini parçalamaq istəyən bəzi daxili və xarici qüvvələr Azərbaycanı da öz oyunlarına alət etmək niyyətindədirlər. Bu məqsədlə onlar bir sıra qeyri-ənənəvi təriqətlərin özək qruplarını bizim ərazilərdə, şəhər və kəndlərimizdə yerləşdirirlər.
Müxtəlif maddi və mənəvi təbliğatla ətraflarına əhalini, xüsusən də gəncləri toplayırlar. Onları milli dəyərdən imtina etməyə, ailə və cəmiyyətə qarşı getməyə təşviq edirlər. Bu gün dini mühtimizin sabitliyini pozan destruktiv qüvvələrin neytrallaşdırılması istiqamətində işlər görülür. Multikultiralizm və dini tolerantlıq münasibətlərinin aparıcı qüvvəsi olan Qafqaz Müsəlmanları İdarəsi dini radikalizm və məzhəb ayrı-seçkiliyinə qarşı barışmaz mövqedə duran bir mərkəzdir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar