Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Nazir əvəzləyicisindən mühüm açıqlama - Hökumətə yeni təkiflər təqdim ediləcək

Tarix: 26-12-2017 15:27     Baxış: 32 831 A- / A+
 Nazir əvəzləyicisindən mühüm açıqlama - Hökumətə yeni təkiflər təqdim ediləcək

Təhsil Nazirliyi (TN) 2018-2019-cu tədris ilində ali, orta ixtisas və peşə təhsili sistemində texnoloji sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim edəcək.

Manevr.az trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri əvəzi Ceyhun Bayramov "Elektron təhsil" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.
O bildirib ki, həm peşə, həm orta ixtisas, həm də ali təhsil səviyyəsində texnoloji sahə üzrə əlavə tədbirlərin görülməsi məqsədilə TN-də işçi qrupu yaradılıb: "Artıq 2018-2019-cu tədris ilində bu sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim ediləcək. Əminəm ki, Nazirlər Kabineti də buna müsbət rəy verəcək".

C.Bayramov bildirib ki, bilik iqtisadiyyatı ölkələrin inkişafını şərtləndirən amillərdəndir.

Hazırki dövrdə iqtisadiyyatın inkişafı üçün hazırlıqlı gənclərin hazırlanmasının çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan nazir müavini əlavə edib ki, İKT biliklərinin şagirdlərə verilməsi, eyni zamanda, istedadlı uşaqların aşkarlanması üçün bir çox layihələr həyata keçirilir: "Son illər ərzində dünya fənn olimpiadalarına hazırlıq məqsədilə Fənn Olimpiadalarına Hazırlıq mərkəzləri yaradılıb. Yalnız bu il ərzində 30 mindən çox şagird fənn olimpiadalarının seçim turunda iştirak edib".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar