Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ramil Usubov həbs olunan polis polkovnikini işdən qovubmuş

Tarix: 26-12-2017 10:20     Baxış: 3509 A- / A+
Ramil Usubov həbs olunan polis polkovnikini işdən qovubmuş

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunda rəis, polis pokovniki Fərhad Məmmədxanovun həbsi ilə bağlı açıqlama yayıb.

Nazirlikdən bildirilib ki, xəbərdə adıçəkilən şəxs hazırda daxili işlər orqanlarının əməkdaşı deyil.

Qeyd edilir ki, “polis polkovniki” kimi təqdim olunan Fərhad Məmmədxanovun daxili işlər orqanlarında xidmət etdiyi müddətdə son rütbəsi polis polkovnik-leytenantı olub. O, təxminən 6 ay əvvəl - bu il iyunun 16-da barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən, cənab nazirin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Xatırladaq ki, məlumata görə, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanlı işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa, mağazadan “Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar