Xəbər lenti
Azərbaycanın keçmiş müdafiə naziri saxlanıldı

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev saxlanılıb.
Bu barədə onun dostu, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat verib.
Ə.Zeynallı bildirib ki, R.Qazıyev ötən gün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb: "Onun hansı səbəbə görə saxlanılması barədə bizə məlumat verilmədi. Dedilər ki, bölməyə sabah gələk. Bu gün 17-ci Polis Bölməsinə gedəcəyik".
Qeyd edək ki, R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycannın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar