Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həbsdə sabun yeyib intihar edən azərbaycanlı musiqiçi

Tarix: 25-12-2017 21:21     Baxış: 5345 A- / A+
Həbsdə sabun yeyib intihar edən azərbaycanlı musiqiçi

Bu günlərdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində ARB Aran Film Yaradıcılıq Mərkəzi tərəfindən istehsal olunan "Ölümündən sonra məhkəmə" sənədli filmi təqdim olundu.

Yeganə Əbdülməmmədovanın rejissorluğu ilə çəkilən film Azərbaycan cazının əfsanəsi, istedadlı saksafon, klarnet ifaçısı Pərviz Rüstəmbəyovun nakam taleyindən, günahsız yerə həbs olunmasından və ölümündən bəhs edir.

Pərviz Rüstəmbəyov sovet totalitarizminin yoxa çıxarmaq istədiyi adlardandır. Onun haqqında yalnız arxiv materialları və bir neçə solğun şəkil vardır. Bakı cazının əfsanəsindən qalan şəkillər yalnız bunlardır. Bir də onun nəsildən nəsilə keçən saksafonu.

Yeganə Əbdülməmmədova filmini bədiilik üzərində qurmağa məcbur olub. Yoxa çıxmış bir nəfəs kimi onu hardasa tapmaq, bizə göstərmək asan olmayıb. Rejissorla söhbətimizdə onun bu təəssüfünü film boyu da hiss edirik.

Bədii-sənədli filmdə Pərvizin cinayət işindən də istifadə olunub.

Azad Şərifovun qəhrəman haqqında yazdığı məqalənin motivləri əsasında yazılan ssenari onun həbsi və məhkəməyədək olan həyatını əhatə edir.

Pərviz Rüstəmbəyov 1922-ci ildə Bakıda doğulub. Uşaq yaşlarından musiqiyə maraq göstərən uşaq Pionerlər Evinin musiqi dərnəyinə gedir. 1940-cı ildə Tofiq Quliyev orkestrində işləyir.

22-yaşında Bakıda qastrolda olan dünya şöhrətli musqiçi Eddi Rozner öz orkestrinə dəvət edir. Birinci saksafonçu kimi.

Az sonra Pərvizə "Sovet Benni Qudmeni" deməyə başlayırlar. Uğurları ilə diqqəti cəlb etdiyi, insanları təsrləndirdiyi bir vaxtda Xüsusi Xidmət orqanlarının diqqətini cəlb etdi.

İnsanlar üzərində total nəzarət quran idarəetmə rejimi bir insanı danışdığına görə, etirazına görə, mövqeyinə görə, nəhayət fikirləşdiyinə görə məhv edə bilər. Lakin həmin rejim musiqini də "siyasi zərərli" və ya "siyasi sabit" deyə ayıra bilir. Pərviz Rüstəmbəyov kapitalizmin, Sovet İttifaqının o zaman soyuq müharibə apardığı Qərbin və ABŞ-ın "ruhunu əks etdirən" musiqi ifa etdiyinə görə ittiham olunur.

1949-cu ilin yanvarında Artıq "Nizami" kinoteatrında öz orkestrini yaratmış Rüstəmbəyovu "Qərbə pərəstişkarlıq"da təqsirləndirərək işdən azad edirlər.

May ayında onu həbs etmək üçün kifayət qədər dəlil toplamışdılar. 1949-cu ilin 29 dekabrında həbsxana divarları arasında işgəncələrə məruz qalan saksafonçu müəmmalı şəkildə vəfat edir. Sənədlərdə onun xəstəlikdən öldüyü yazılır, yaxınları isə sabun udub intihar etdiyini düşünür.

"Ölümündən sonra məhkəmə" filmində Pərviz Rüstəmbəyovu aktyor Səfa Mehdi ekranda canlandırır. Uyğun üz cizgiləri olan aktyor sarı arxiv sənədlərinin arxasında həyat dolu bir gəncin var olduğuna inandırmaq üçün seçilib. Bir zamanlar rejim Pərvizi yox etmək üçün belə çaba göstərirdi.

Təsvir (operatorlar Rafiq Əliyev), musiqi, kadrarxası səs, bədii quraşdırılmış səhnələrin aktyorları (Zemfira Əbdülsəmədova, Azər Aydəmir, Səfa Mehdi, Əjdər Zeynalov, Faiq Mirzəyev) nəfəsi ilə insanları heyran edən Pərviz Rüstəmbəyovdan danışır. Lakin sözlər, təsvirlər, musiqilər azlıq edir, kəsilmiş nəfəs kimi təəssüf içində boğulursan. Filmin uğuru bu olmasın? Axı bu film adının necə qoyulmasına baxmayaraq, yoxa çıxmış nəfəs haqqındadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar