Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda bu marşrut ləğv edildi – XƏBƏRDARLIQ

Tarix: 25-12-2017 18:35     Baxış: 3287 A- / A+
Bakıda bu marşrut ləğv edildi

Marşrut xətlərinin optimallaşdırılması tədbirləri çərçivəsində 155 nömrəli marşrut xətti (metronun “Azadlıq” stansiyası – Mehdiabad qəsəbəsi – Fatmai qəsəbəsi) ləğv edilib.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, həmin marşrut xətti üzrə sərnişinlərin daşınması 108 nömrəli marşrut xətti ilə hərəkət edən avtobuslar vasitəsi ilə təmin ediləcək. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobus sayı artırılacaq.

Bununla yanaşı, 170 nömrəli (metronun “Memar Əcəmi” stansiyası – Binəqədi qəsəbəsi) müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib. Dəyişiklik edilməsinə səbəb, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq daşıyıcının fəaliyyətində yol verdiyi nöqsanları aradan qaldırmayaraq qoyulan tələblərə əməl etməməsidir.

Qeyd edək ki, müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətinə dair tələblərə əməl etməyən, o cümlədən sərnişinlərə rahat və təhlükəsiz xidmətin göstərilməsini təmin etməyən daşıyıcılar barəsində də analoji addımlar atılacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar