Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhid atası fəryad edir

Tarix: 26-09-2016 11:02     Baxış: 4535 A- / A+
Şəhid atası fəryad edir




















Ağstafa sakini: “Oğlumun adını ləkələnməsinə dözə bilmərəm”

Ağstafa rayonu, Dağ Kəsəmən kəndinin sakini, şəhid atası Sahib Yolçuyev "Yeni Müsavat"ın redaksiyasına gələrək şikayətlənib. Şəhid atası bildirib ki, ötən ilin iyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində hərbi yoldaşları ilə birgə minaya düşərək həlak olan oğlu Turan Yolçuyevin adına bir ildən sonra satqın damğası vurulub:

“Oğlum uzun müddət Qazaxda yerləşən N saylı hərbi hissədə manqa komandiri olub. Xidmət etdiyi müddətdə Müdafiə Nazirliyinin fəxri fərmanı, korpus komandirinin təşəkkürnamələri ilə təltif olunub. 2015-ci il 23 iyunda, səhər saatlarında o, iki yoldaşı, əsgər Babacanov və Musa Musayevlə birgə postu tərk ediblər. Komandirinin dediyinə görə, onlar özbaşına bu cür hərəkət ediblər. Babacanov ifadəsində bildirib ki, onlar ermənilərlə 40-50 metrlik sərhəddə dayanıblar. Turanla Musayev bir ağacın altında söhbət etdikdən sonra geri qayıdıblar və minaya düşüblər. Hər ikisinin ayağını mina aparıb. Babacanovun dediyinə görə, ayılanda görüb ki, oğlum telefonla hərbi hissəyə zəng edərək, kömək istəyib və telefonu ona verərək hissəyə qayıtmağını, kömək gətirməyini xahiş edib. Babacanov hərbi hissəyə dönərkən yolda güllə səsləri eşidib. Kimsə hər iki yaralı əsgəri güllələyib. Onların kim tərəfindən vurulduğu hələ də bilinmir.

Beləcə, 2-3 gün cəsədləri götürmək mümkün olmayıb. Sonradan Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə cəsədlər ərazidən çıxarılıb və bizlərə təhvil verilib. Oğlumu mənə təhvil verəndə axşam çağları idi. Cəsədi qoymaq üçün hansı morqa müraciət etdimsə məni yaxın buraxmadılar. Məcbur qalıb cəsədi gecə saat 1-də dəfn etməli oldum. Ekspertizadan bildirdilər ki, minaya düşdükdən sonra avtomatın qundağı ilə oğlumun başına vurub, sonra isə güllələyib, ciblərində axtarış aparıblar. Əvvəlcə bizə bildirmişdilər ki, hər iki əsgər hərbi xidmətlərini yerinə yetirərkən həlak olublar. Lakin bir ildən sonra, ötən aylarda mənə dedilər ki, sənin oğlun satqınlıq edərək qəsdən yoldaşlarını düşmən sərhədinə aparıb".

Şəhid atası olay barəsində ilginc məlumatlar açıqlayıb: “Öncə deyirdilər ki, onları güllələyən əsgər Babacanov olub. O, öz ifadəsində bunu təsdiqləyib. Lakin Babacanov sonrakı məhkəmələrdə bildirdi ki, onu vəhşicəsinə döyərək həmin ifadəyə qol çəkməyə məcbur ediblər. Mən bu işdə daha çox cənfəşanlıq edən, rayonun bələdiyyə üzvü Hamlet Hajalıyevdən şübhələnməyə başladım. Çünki rayon kiçik yerdir, şayiə tez yayılır. Hamı bilirdi ki, Hamlet İran-Ermənistan sərhədindən narkotik maddələr keçirir. Yayılan məlumatlar görə, oğlum və digər əsgərlər onun əməllərindən xəbərdar olublar. Hamlet Hajıyevin hərbi hissənin komandiri ilə yaxın dostluq əlaqələri olub. Onun əməllərinin ört-basdır edilməsi üçün oğlum və digər əsgər yoldaşlarının öldürülməsinə qərar verilib. Günahı isə Babacanovun boynuna atırlar. Mən bu barədə dəfələrlə ölkə prezidentinə, aidiyyəti orqanlara məktublar yazdım.

Nəhayət, bir gün onu külli miqdarda narkotik maddə ilə həbs etdilər. O, hal-hazırda da istintaq altındadır. Lakin onun həbsindən sonra əsgərlərin ölümü ilə bağlı istintaqda dəyişikliklər edilməyə, Hamlet Hajıyevin xeyrinə addımlar atılmağa başlanıldı. Məni isə çağırıb dedilər ki, ərizə yaz ki, oğlum ilə bağlı istintaq işinə xitam verilsin. Məni buna məcbur etdilər. Dedilər ki, sənin oğlun satqınlıq edib. Bir gündən sonra yenə də çağırıb tanış olmadığım qovluqlara qol çəkməyimi tələb etdilər. Xahiş etdim ki, onlarla tanış olum sonra qol çəkərəm, lakin icazə verilmədi, dedilər ki, bu dəqiqə qol çəkməlisən.

Mən 28 yaşında gənc oğlumu şəhid vermişəm. Hazırda 5 yaşlı oğlu yetim qalıb. Bu acımız azmış kimi Hamlet Hajıyevin işini ört-basdır etmək, onu həbsdən qurtarmaq üçün şəhid oğlumun adını ləkələməyə çalışır, ona satqın damğası vurmaq istəyirlər. Ataya bundan da ağır zərbə ola bilərmi?! Oğlumun adının bu cür ləkənlənməsi mənə əzab verir, mən buna dözə bilmərəm. Bizim ailə buna layiq deyil. Atam müharibə veteranıdır, əmim Sovet İttifaqı qəhrəmanı olub. Oğlum da xidməti müddətində layiqincə Vətəninin keşiyində durub. Niyə məhz bu adla ləkələmək istəyirlər balamı? İnanıram ki, bir azərbaycanlı kişi ortaya çıxıb şəhid övladımın adına vurulan yalan ləkəni götürə biləcək".

Yazıda adı qeyd olunan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar