Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Məktəbəqədər təhsil müəssisələrində əsas tələb müəyyən edildi- QANUNDA DƏYİŞİKLİK

Tarix: 23-12-2017 10:14     Baxış: 7387 A- / A+
Məktəbəqədər təhsil müəssisələrində əsas tələb müəyyən edildi- QANUNDA DƏYİŞİKLİK

Nazirlər Kabineti “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında”qərarında dəyişiklik edib.

Nizamnaməyə əsasən indiyə qədər dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə işləyən tək valideynlərin, təhsil alan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların, işsiz valideynlərin uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul ediliblər.

Dəyişikliyə əsasən dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul ediləcəklər. Başqa sözlə, bu kateqoriyaya artıq şəhid ailələrinin uşaqları daxil edilib, işsiz valideynlərin uşaqları bu kateqoriyadan çıxarılıb Eyni zamanda tək hərbi xidmətdə olan ataların deyil, ümumiyyətlə hərbi xidmətdə olan valideynlərin uşaqlarının dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə qəbul edilməsinə qərar verilib.

İndiyə qədər məktəbəqədər təhsil müəssisəsinin işçiləri ən azı ildə 2 dəfə tibbi müayinədən keçiblər. Tibbi müayinə təsisçinin hesabına həyata keçirilib.Bundan sonra isə məktəbəqədər təhsil müəssisəsində təhsilverənlər qanunvericiliklə müəyyən edilmiş qaydada ildə bir dəfə dövlət hesabına, digər işçilər isə ən azı ildə 2 dəfə təsisçinin hesabına tibbi müayinədən keçəcəklər.

Məktəbəqədər təhsil müəssisəsində tədris dili dövlət dili – Azərbaycan dilidir. Qüvvədə olan Nizamnaməyə əsasən indiyə qədər valideynlərin istəyi ilə tədris məktəbəqədər təhsilin dövlət standartları əsasında digər dillərdə də aparıla bilərdi. Dəyişikliyə əsasən bundan sonra Azərbaycan dilini öyrətmək və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil digər dillərdə də aparıla biləcək.gununsesi.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar