Xəbər lenti
Sumqayıtda xeyriyyə aksiyası keçirilib -FOTOLAR
Bu gün «Azərikimya» İstehsalat Birliyi və Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin «Mərhəmətli olmağa tələsin!» devizi altında birgə keçirdiyi növbəti xeyriyyə aksiyasına yekun vurulmuşdur.
Manevr.az xəbər verir ki, birliyin akt zalında keçirilən təqdimetmə tədbirində «Azərikimya» İB-nin struktur bolmələri ilə yanaşı, Sumqayıtda yerləşən bir sıra idarə və müəssisələrin, səhiyyə şobəsinin, özəl klinikaların, şəhər bələdiyyəsinin, ictimai təşkilatların, sığorta şirkətlərinin və s. nümayəndələri iştirak etmişdir.
Tədbirdə vurğulanmışdır ki, bir ay davam edən bu aksiyada şəhərdə fəaliyyət gösrərən 20-ə yaxın şirkət, idarə, müəssisə və təşkilat iştirak etmişdir. Əldə olunan vəsait hesabına 200 nəfər ehtiyacı olan, aztəminatlı ailələrin uşaqlarına isti qış geyimləri alınmışdır. Alınan ləvazimatlar uşaqlara təqdim olunmuşdur.
«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Respublika «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova çıxış edərək, 7 ildən bəri davam edən və artıq ənənə halını almış bu xeyirxah təşəbbüsə qoşulan, bu gün də bu missiyanı ürəklə davam etdirən idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlıqlarını ifadə etmişlər.
Tədbirin bədii hissəsində Şaxta baba və Qar qız qarşıdan gələn yeni il münasibətilə uşaqları təbrik etmiş və onlara “Araz” Marketlər Şəbəkəsi tərəfindən hazırlanmış 200 ədəd hədiyyə təqdim olunmuşdur.
Tədbirdə həmçinin əsaslı təmir və yenidənqurma işlərindən sonya yeni istifadəyə verilmiş “Kimyaçı” Mədəniyyət sarayının bədii və rəqs kollektivləri uşaqlar qarşısında bir-birindən maraqlı musiqi və rəqs nömrələri ilə çıxış etmişlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar