Xəbər lenti
General Orucovun oğlu məhkəmədə son söz deməkdən imtina etdi
Bu gün Binəqədi Rayon Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov və onunla birgə ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Manevr.az report-a istinadən xəbər verir ki, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R.Orucovun vəkili Kamandar Nəsibov və K.Vəliyevin müdafiəçisi İlyas Kərimovun məhkəməyə gəlmədikləri elan olunub.
Vəkil K.Nəsibov məhkəməyə ərizə göndərib və xaricdə olduğunu qeyd edib.
Daha sonra son söz üçün təqsirləndirilən şəxslərə söz verilib. Lakin R.Orucov və digərləri son söz deməkdən imtina edib.
R.Orucov "vəkilim gəlsin, son söz deyəcəm" deyib.
Məhkəmənin növbəti iclası dekabrın 29-na təyin edilib.
Xatırladaq ki, prokuror çıxışında Rüstəm Orucova 6 il, Kənan Vəliyev və Pərviz Abbasovun hər birinə isə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilməyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar