Xəbər lenti
Azərbaycanda vəzifəli şəxsdən rəqqasəyə təklif: Gecə üçün mənə 100 min dollar...- FOTO
Aygün illərdir rəqqasə kimi fəaliyyət göstərsə də, lakin mediadan, televiziya kanallarından çalışdığı qədər uzaq gəzib.
Açıqlama verən Aygün bunun səbəbi kimi dilini dinc qoya bilməməsini göstərib: "Hər zaman çalışıram az danışım. Amma az danışan zaman da düz danışıram. Çünki sevmirəm həyatda yalan danışım, kiməsə şər atım və ya qarşımdakını aldadım. Hər hansı jurnalist sual verərsə, o zaman mən nağıl danışa bilmirəm, açıram sandığı, tökürəm pambığı".
"Aygün, niyə rəqqasələrə pis baxırlar" sualına rəqqasə belə cavab verib: "Azərbaycanda rəqqasələrə münasibət düzdür fərqlidir. Yaxşı baxmırlar. Düşünürlər ki, rəqqasə əgər bu geyimdə rəqs edirsə, deməli pozğundur. Amma əlinizdəki beş barmağa baxın onlar eynidirmi?! Rəqs sənətdir, incəsənətdir, zövqdür. Sadəcə bizim də sənətin adını batıran rəqqasələr var və onlar da bu rəqs adı altında müxtəlif cür reklam olunmağa meyillidirlər. Özləri bilər, hərə özünə cavabdehdir. Mən Aygünəm, özümə cavabdehəm və mən rəqs etməyi həm bacarıram, həm sevirəm".
"Aygün, razıyam, səmimisən. O zaman deyə bilərsənmi sənə yüksək təbəqəli, vəzifəli şəxslərdən intim münasibət təklif edən olubmu" sualı rəqqasə üçün gözlənilməz olsa da, cavab verməkdən çəkinməyib:
"Bir azərbaycanlı məmurun oğlunun toyunda rəqs etdim. Toydan sonra nömrəmi aldı və məni yenidən məclisə dəvət edəcəyini dedi. Bir gün sonra zəng edib mənə külli miqdarda pul təklif etdi. Razı olmadım. Cəmi bir gecə üçün 100 min dollar təklif etdi. Amma mən ona "yox" dedim. Və ondan sonra həmin şəxs mənimlə dost oldu, bütün sanballı məclislərində mən rəqs edirəm. Həm davulla, həm ansamblla ... İşimizi görüb, haqqımızı alırıq. Rəqqasəyik o demək deyil pozğunuq!" (publika)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar