Xəbər lenti
“Azəriqaz”dan qaz limiti ilə bağlı AÇIQLAMA
Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli qərarına uyğun olaraq 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Bu il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanacaq, 2017-ci ildə olduğu kimi, 2018-ci il yanvarın 1-dən etibarən əhali istehlakçılarının illik istehlak həcmi 1 700 kubmetr (170 AZN) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1 700 kubmetrdən (170 AZN) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanacaq.
Manevr.az xəbər verir ki, bu, "Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, smart İTRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1 700 kubmetr limit gələn il yanvarın 1-i tarixindən başlayaraq, smartkarta aparılan ilk ödəniş əməliyyatından etibarən hesablanacaq: "Cari il ərzində abunəçilərin istehlak etdikləri təbii qazın monitorinqi aparılıb və məlum olub ki, mexaniki qaz sayğacı ilə təmin olunan abunəçilərin 20%-i ayrılmış illik limiti keçib”.
"Azəriqaz” İB istifadə olunmuş təbii qazın uçotunun aparılması və istehlakçıların məlumatlandırılması məqsədilə bildirir ki, dekabr ayının sonundan etibarən 2017-ci il üçün nəzərdə tutulmuş limit başa çatdırılacaq və növbəti il üçün limitin hesablanmasına start veriləcək.
Odur ki, hesabatların vaxtında aparılması məqsədilə, sayğacların göstəricilərinin tam oxunması və bildirişlərin paylanması üçün "Azəriqaz” İB-nin əməkdaşlarına şərait yaradılması istehlakçılardan xahiş olunur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar