Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

İnsanlar gizli şəkildə bunu edəcək - Sosioloq

Tarix: 22-12-2017 09:04     Baxış: 4314 A- / A+
İnsanlar gizli şəkildə bunu edəcək


Uşağın cinsinin təyininə görə müayinənin aparılmasının və cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulmasının qadağan olunması gizli abortların sayını artıracaq. Bəziləri qonşu ölkələrdə abort etdirəcək, bəziləri tanışlarına etdirəcək. Bunun üçün hər zaman vurğulamışam ki, qadağaları maarifləndirmə işləri aparmadan qəbul etmək düzgün deyil.

Manevr.az-ın məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. O bildirib ki, oğlanların sayının çoxalması problem yaratmayacaq:

“Son vaxtlar söz-söhbət var idi ki, oğlanlar çox doğulur, qızları isə abort edirlər. Hər zaman demişəm ki, oğlanların çox doğulması heç bir problem yaratmır. Çünki oğlanlar çox vaxt ölkədən xaricə gedir və buna görə onların sayı azalır. Oğlanların çox doğulması demoqrafiq cəhətdən çox yaxşı haldır. Bu göstərici mənəvi cəhətdən qorxulu bir statistika idi ki, insanlar öz qız övladlarını qətl edirlər. Bu insanlarda mənəvi zərbəyə, dinsizliyə, eyni zamanda xoşa gəlməyən psixoloji aşınmalara səbəb olur. Ona görə də təbii ki, bunun qarşısı alınmalı idi.

8 kişidən biri evlənmək üçün qız çatışmazlığı problemi ilə üzləşəcək xəbəri əsassız idi. Belə şeylər olmayacaq. Əksinə, oğlanlar xarici ölkələrə gedən zaman qızlar çox qalır və problem yaranır”.

Sosioloq qeyd edib ki, qız övladının doğulmasına görə boşanmaların baş verməsi halları xeyli azalıb:


“Buna görə də hesab edirəm ki, hamiləliyin süni pozulmasının qadağan edilməsi boşanmalara təsir etməyəcək. Onsuz da qız övladının doğulmasına görə boşanma ehtimalı olan şəxslər abort üçün müxtəlif yollar axtarıb tapacaq”.

Qeyd edək ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinə əsasən, ölkəmizdə cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallar istisna olmaqla, uşağın cinsinin təyininə görə müayinənin aparılması və cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması (selektiv abort) qadağan olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar