Xəbər lenti
Polisdən Xoşqədəmin verilişinə çıxan şəxslərə XƏBƏRDARLIQ
Xoşqədəmin verilişinə çıxanlar bunu ictimailəşdirib, şouya çevirirlər.
Xəbər verdiyimiz kimi, Daxili işlər naziri Ramil Usubov Salyanda baş verən dəhşətli cinayətdən sonra rayonun rəisi Təhmasib İbrahimovu vəzifəsindən azad edib.
Polis rəisinin cinayətin üstünü aça bilmədiyinə görə işdən çıxarılması iddialarından big.az-a danışan "Polisə Dəstək" İctimai Birliyinin sədri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müsahibələrin aparılması və nəticələrinin qiymətləndirilməsi üzrə eksperti Şəmsəddin Əliyev xalqı polislə təmasda olmağa və cinayəti polisdən gizlətməməyə çalışıb. O qeyd edib ki, belə olduğu halda həm polis orqanları şəffaf fəaliyyət göstərər, həm də insanlarımız daha təhlükəsiz həyat yaşayarlar:
"Cəmiyyətdə ağır cinayətlərin baş verməməsi və yaxud baş verməsindən heç kim sığortalanmayıb. Nə də ki, heç bir cəmiyyət bundan sığortalanmayıb. Bunun qarşısını almaq mümkün deyil. Hüquq Mühafizə orqanları bu cinayətin qarşısını qismən ala bilərlər. Burada da Nazirlər Kabinetinin tərkibinə daxil olan bütün nazirliklər mühüm rol oynamalıdırlar. Hər hansısa bir ərazidə ağır, xüsusilə ağır cinayətlər baş verirsə hüquq mühafizə orqanlarını, o cümlədən, ərazi üzrə polis rəisini qınağa çəkmək olmaz, əgər o cinayət açılmırsa.
O ki qaldı sırf sözügedən cinayət hadisəsinə görə rəisin işdən kənarlaşdırılmasına, bu, birbaşa olaraq Daxili İşlər nazirinin, kollegiyasının və kadrlar şöbəsinin səlahiyyətində olan məsələdir. Siz bilirsinizmi nə qədər kadr Daxili İşlər Orqanlarından uzaqlaşdırılıb? Bilmirsiniz, çünki bu barədə ictimaiyyətə heç bir məlumat verilmir. Bu daxili bir məsələdir. Heç də sizin düşündüyünüz kimi deyil ki, nöqsanlara yol verən polis əməkdaşlarına göz yumulur, onlar cəzalandırılmır və bir rayondan başqa rayona gətirilir. Hər bir işdə nöqsanlar var, nöqsansız iş yoxdur. Polis orqanlarının da işində bəzi nöqsanlar var, nöqsanlara yol verən əməkdaşlar var ki, onlar da dərhal cəzalandırılır. Mən üzümü tuturam mənim kimi, sizin kimi yüz minlərlə insanlara, hüquqlarınız pozulanda gedib bunu ictimailəşdirib, şouya çevirincə sakitcə polis orqanlarına məlumat versələr dərhal da məsələ həllini tapar. Əgər Xəşqədəm xanımın verilişinə çıxan şəxslər, bu cinayətin üstünün açılmasına vasil olan şəxslər bu məlumatları polisə versəydilər, polis orqanları bu cinayəti görməzdən gələcəkdilərmi? Niyə vətəndaşlar polisə yox, verilişlərə üz tutur? Mən yenə də deyirəm, polis orqanlarına, hüquq mühafizə orqanlarına etibar etmək, güvənmək və arxalanmaq lazımdır. Onlar bizi və hüquqlarımızı qorumaq üçün gecə-günüz çalışırlar".
Xatırladaq ki, dekabr ayının əvvəlində "Xəzər TV" də yayımlanan Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişindən sonra Mehparə Əliyevanın dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə ailə başçısı Fərhad Əliyev tərəfindən 3 il əvvəl qətlə yetirildiyi ortaya çıxmışdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar