Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Fədayə Laçından İLK AÇIQLAMA: - "Aldadılmışam"

Tarix: 21-12-2017 15:30     Baxış: 5323 A- / A+
Fədayə Laçından İLK AÇIQLAMA: - "Aldadılmışam"
Bakı Apellyasiya Məhkəməsində şikayətə münasibət bildirən Fədayə Laçın cəzasını çəkməyə hazır olduğunu deyib.

Manevr.az-ın trend-ə istindaən verdiyi məlumata görə, F.Laçın prosesdə bildirib ki, Bakı İstintaq Təcridxanasında cəza çəkməyi səhhətinə ciddi təsir edir:

"Səhhətimdə problem var. Mənim cinayətim sübuta yetirilərsə, cəza çəkməyə hazıram. Təcridxana əməkdaşlarından şikayətim yoxdur. Sadəcə şərait məni sıxır. Mən aldadılmışam".

Qeyd edək ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Bakıda məhbusların qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının Nəsimi rayon məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılb.

Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F.Laçın istintaq dövründə azadlıqda qalması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə müraciəti təmin etməyib. Qərardan narazı qalan F.Laçın apelyasiya şikayəti verib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar