Xəbər lenti
QADINLAR TƏKCƏ SEKS ÜÇÜN DEYİL – Onlarla bunu da etmək olar
Bəziləri üçün çox təəccübləndirici ola bilər. Lakin qadınlarla yataqdan başqa bir çox şeyləri paylaşmaq olar. Qadınlar təkcə seks üçün deyil. İstənilən insanın hər hansı bir insanla edə biləcəyi hərəkətləri, fəaliyyətləri qadınlarla da etmək mümkündür. Qadınlarla dost, sirdaş, yoldaş da olmaq mümkündür. Onların mehribanlığı heç də “yataq bölüşmək” anlamına gəlmir. Manevr.az ailem.az-a istinadən təklif edir ki, qadınlarla bunları da edə bilərsiniz.
Söhbət etmək
Arada fikri dağıtmaq üçün söhbət etmək lazımdır. Qadınlarla söhbət etməyin heç bir zərəri yoxdur. Bir qadın bir kişi olə normal insan kimi söhbət edə bilər. Lakin həmin kişi bu münasibətdən qadının onunla yatmaq istədiyi nəticəsini çıxarsa, qadın çox əsəbləşə bilər. Əsəbiləşən qadınla ilə diqqətli davranmaq məsləhətdir.
Gülmək
Məzəli bir hadisəyə gülmək çox təbii insani bir reaksiyadır. Gülmək bir ehtiyacdır və qadınlar da bu ehtiyaclarını aradan qaldırmağı bacarırlar. Yəni bir və ya daha çox kişinin olduğu mühitdə gülən qadın, heç də həmin kişilərə “yataq bölüşək” mesajını vermir. Hər hansı vəziyyət, hadisə məzəlidirsə ona gülürlər, bu qədər sadə.
Filmə baxmaq
Maraqlıdır, qadınlar bitdikdən sonra müzakirə etmək üçün kişilərlə film izləməyi sevirlər. Yəni bir kişinin kinoya getmək təklifini qəbul edən qadın, həmin kişi ilə birlikdə olmaq üçün "yaşıl işıq yandırır" demək deyil.
Piyada gəzmək
Tibbi araşdırmalar sübut edib ki, piyada gəzmək beyin hüceyrələrini yeniləyir və bir kişinin bir qadınla piyada yeriməsində heç bir qəbahət yoxdur. Kişi ilə piyada gəzmək istəyən qadının, bu yolun yataqda bitəcəyini düşündüyü ağlınıza belə gəlməsin.
Dərdləşmək
Kişilər də insandır və kişilər arası söhbətlərdən bezib bir qadınla danışmağa ehtiyac duya bilərlər. Ümumi tendensiya belədir ki, kişilər və qadınlar həmcinsləri ilə oturub dərdləşdikdə bir-birinə haqq qazandırırlar. Halbuki, insanın tənqiddə də ehtiyacı var ki, doğrunu tapa bilsin. Bir qadını ən yaxşı kişi tənqidçisi, bir kişi də ən yaxşı qadın tənqidçisidir. Bir sözlə, qadınlar dərdləşmək üçün yaxşı yoldaşlardır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar