Xəbər lenti
Təhsilimizdə qəribə olay: 2018-ci ildə çap olunmuş dərslik satışda - FOTOFAKT
İl başa çatmamış növbəti il üçün orta məktəblərdə tədrisi nəzərdə tutulan dərsliklər artıq satışdadır. Üstəlik, dərsliyin üzərində onun 2018-ci ildə çap olunduğu yazılıb.
Belə ki, 7-ci sinif "Azərbaycan tarixi" dərsliyinin 2018-ci il satış məqsədilə çap olunmuş nüsxələrini satışdan əldə etmək olar. İlk baxışda adi texniki səhv kimi görünsə də, məsələ o qədər də bəsit deyil. Heç şübhəsiz ki, hazırda yeni nəşr kimi alıcılara təqdim olunan bu dərslikdə səhvlər var. Həmin səhvlər növbəti tədris ilinə qədər aradan qaldırılıb yenidən çap olunacaq dərsliklər olmayacaq. Lakin növbəti tədris ilində bu dərsliyi satışdan əldə edən şəxslər onun 2017, yoxsa 2018-ci ildə çap olunduğunu bilməyəcək. Çünki hər iki variantın üzərində 2018-ci ildə çap olunduğu yazılacaq.
Təhsil eksperti Kamran Əsədov publika.az-a açıqlamasında problemin yaranma səbəbi və onun şagirdlərə yaradacağı sıxıntılardan danışıb:
"Qanuna görə dərsliklərin çap olunma tezliyi var. Nəşriyyat istədiyi vaxt hər hansı dərsliyi çap edib satışa buraxa bilməz. Dərsliyin təkrar nəşri ilə bağlı sifarişi Təhsil Nazirliyi verməlidir. Bu zaman məktəblərdə dərsliklərə olan ehtiyac nəzərə alınaraq hər il dərsliklərin 15-20 faizi təkrar çap olunur. Lakin nazirlik bu qədər sifariş versə də, nəşriyyatlar daha çox gəlir əldə etmək üçün 25 faiz çap edib, satışa buraxırlar. Amma təkrar nəşrdə əvvəlki ilərdəki səhvlər aradan qaldırılmalı və tədris ilinə qədər çap olunmalıdır. 2018-ci ildə istifadə üçün nəzərdə tutulan dərslik 2017-ci ildə çap oluna bilməz".
Ekspert bildirib ki, dərslikdə belə səhvin olması iki səbəbdən qaynaqlana bilər: "Bu ya texniki səhv ola bilər, ya da ilin sonu olduğundan hesabatlarda maliyyə problemlərini aradan qaldırmaq, kəsiri tamamlamaq məqsədi daşıyar. Növbəti ildə dərslikdəki səhvlər aradan qaldırılaraq yenidən çap olunacaq. 2018-ci ildə ali məktəbə hazırlaşan abituriyentlər dərslik alanda onun hansı ildə nəşr olunduğu bilməyəcək. Dolayısı ilə səhvlərin qaldığı dərsliyi də alması mümkündür. Əlbəttə, müəllimlər onlara doğru yol göstərə bilər. Lakin əgər müəllim də bəzi məqamlardan xəbərsiz olsa, problem o zaman daha ciddi olacaq. Nəzərə alsaq ki, Dövlət İmtahan Mərkəzi də qəbul imtahanlarında əsas mənbə kimi rəsmi təsdiq edilmiş dərsliklərə əsaslanır".
Məsələ ilə bağlı dərsliyin çap olunduğu "Təhsil" Nəşriyyatı ilə əlaqə saxladıq. Nəşriyyat rəsmisi Elşən Məmmədov bunun texniki yanlışlıqdan qaynaqlanmadığını dedi:
"Bizim çap etdiyimiz dərsliklərdə heç zaman texniki və digər səhvlər olan dərslik, dərs vəsaiti çap oluna bilməz. Satışda olan dediyiniz dərslik bizim nəşriyyat tərəfindən çap edilməyib. Biz istehsal etdiyimiz hər bir məhsula qarşı cavabdehik. Necə ola bilər ki, 2018-ci il başlamamış, dərsliyin üzərində çap tarixi həmin il göstərilsin? Bu, mümkün deyil. Bu plagiat dərslik çap edən şəbəkə tərəfindən çap olunan dərslik ola bilər. Biz də həmin şəbəkələrə qarşı mübarizə aparırıq. Onlar görünüşcə fərqli olsalar da, bəzən orijinal dərsliklə eyni qiymətə satışa təqdim edilir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar