Xəbər lenti
Qadın heyvanın BAŞINI KƏSƏ BİLƏRMİ?
Qadın heyvanın başını kəsə bilərmi? Qadının kəsdiyi heyvanı yemək olarmı?
Manevr.az bildirir ki, dinimizdə heyvanı və ya ev quşunu kəsən şəxsin cinsi barədə qəti hökm yoxdur. Yəni heyvanı kəsən şəxsin mütləq kişi olması şərt deyil. Onun müsəlman olması, yetkinlik yaşına çatması və heyvanı kəsmək qaydalarını bilməsi, buna riayət etməsi kifayətdir. Bu şərtlər daxilində qadının da kəsdiyi heyvanın ətini yemək olar. Lakin bütün hökmlərdə olduğu kimi, burada da nüanslar var. İslam dini qadına zərif, qayğıya ehtiyaclı varlıq kimi baxır. Hətta qadının cihadda iştirak etməsi də tələb olunmur. Çünki qadın qan-qadadan uzaq, sakit həyata alışmış varlıqdır. Ona görə də qadının heyvan kəsməsi icazəli olsa da, bəyənilən hal deyil. Qadının psixologiyası bu zaman zədələnə bilər. Yaxşı olar ki, bu işi qan və ölüm hallarına qarşı daha dözümlü olan kişilər yerinə yetirsinlər./islam.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar