Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı-Sumqayıt şosesində 1 km yolun təmiri 4 aydır bitmir –FOTOLAR

Tarix: 25-09-2016 18:22     Baxış: 3545 A- / A+
Bakı-Sumqayıt şosesində 1 km yolun təmiri 4 aydır bitmir

Ləng aparılan inşa işləri Ceyranbatan ərazisində xaotik vəziyyət yaradıb; burada hər gün qəzalar baş verir

May ayının sonlarından Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsi təmirə bağlanıb. Təxminın 1 km məsafədə aparılan təmir-bərpa işləri isə düz 4 aydır ki, bitmək bilmir.

Məsələ ondadır ki, öncədən ləng gedən inşa işləri faktiki olaraq 1 aya yaxındır ki, dondurulub. Ərazidə günlərdir müşahidə aparan əməkdaşımız qazılıb-dağıdılmış ərazidə heç bir texnikanın işləmədiyinin şahidi olub.

Yalnız bir neçə fəhlə gözə dəyir ki, onlar da texnikaya nəzarət edirlər. Yolu qazıb, bir az çınqıl töküb dayanıblar.

Məsələnin narahatedici tərəfi odur ki, təmirə bağlanan yolda – Ceyranbatan qəsəbəsi ərazisində avtomobillərin hərəkəti aylardır iflic olub. Yol Ceyranbatanın əsas giriş-çıxışının qarşısından birtərəfli qaydada bağlanıb. Nəticədə Bakı-Sumqayıt yolu ilə intensiv hərəkət edən maşınlar burada tıxac yaradır, qəsəbəyə dönən maşınlar da bir yandan yolu bağladığı üçün hərəkət iflic olur. Burada hər gün pik saatlarda yol keçilməz olur, Ceyranbatana dönüşdə mütəmadi şəkildə qəzalar baş verir. Təmir bərpa işlərini həyata keçirənlər qəsəbənin digər (köməkçi) giriş-çıxış yolunu, həmçinin əsas girişə dönüş yerini də bağladıqları üçün burada xaotik bir vəziyyət yaranıb. Adətən, yolları təmir edəndə əsas yolda hərəkət çətinləşərkən köməkçi giriş-çıxışları açıq saxlayıb, hərəkətin intensivliyini bərpa edirlər. Ceyranbatanda isə bunun əksinədir, qəsəbəyə daxil olmaq üçün dönüş yerini belə lüzum olmadan qapadıblar.

Nəzərə çatdıraq ki, bu ərazidə yol hələ bir neçə il öncədən dağılmağa başlamışdı. Bu ilin əvvəllərindən isə həmin ərazidə yol tamamilə sıradan çıxdı və təmirə dayandırıldı.
Nəzərə çatdıraq ki, Bakı-Sumqayıt yolunu 2006-2009-cu illər ərzində “Akkord” şirkəti inşa edib. O zaman şirkət bu yolun 30 il müddətində dağılmayacağını, bu müddət ərzində fasiləsisiz istismar ediləcəyini bildirmişdi. Ancaq nəinki 30 il, təxminən 3 il sonra - 2012-ci ildən Bakı-Sumqayıt yolunda müxtəlif yerlərdə çökmə, qabarma və dağılmalar başladı. Hazırda yolun xeyli hissəsinin təmirə ehtiyacı var.

Qeyd edək ki, Bakı-Sumqayıt-Quba yolunun inşasına 600 milyon manata yaxın vəsait xərclənmişdi.musavat.com

Bakı-Sumqayıt şosesində 1 km yolun təmiri 4 aydır bitmir
Bakı-Sumqayıt şosesində 1 km yolun təmiri 4 aydır bitmir

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar