Xəbər lenti
Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlandı- Rəsmi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər, o cümlədən ürək-damar xəstəlikləri və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artacağı gözlənilir. Məlumata əsasən, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq.
Azərbaycanda son 5 ildə müalicə-profilaktika müəssisələrində bədxassəli şiş diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 47 240 nəfərə çatıb. Bu barədə Manevr.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Xərçəng diaqnozu qoyulan şəxslərdən 23481 nəfər kişilər, 24 761 nəfər isə qadınlardan ibarət olub.
Məlumata görə, ölkədə 5 il ərzində 60 yaşdan yuxarı 21047 insan bədxassəli şişlərlə xəstələnib. Xərçəng diaqnozu qoyulan bu vətvətəndaşlarımızın 11 553 nəfər kişilər, 9494 nəfər isə qadınlardır.
Rəqəmlərdən də göründüyü kimi ölkədə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayının 47 mindən çoxdur. 2016-ci ilin sonuna müalicə-profilaktika müəssisələrində bədxassəli şiş diaqnozu ilə 5 il və daha çox müddətdə qeydiyyatda olan xəstələrin sayı 17166 nəfəri təşkil edib.
Son 5 il ərzində əhalinin hər 100 000 nəfərinin 512, 1 nəfərinə, ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar