Xəbər lenti
Deputatdan onun fikrini təhrif edən jurnalistlərə qarğış - Sizə diplom verənin başı batsın - FOTO
Adı tez-tez qalmaqallı mövzularda hallanan deputat Fazil Mustafa bu dəfə onun fikirlərini təhrif edən KİV nümayəndələrinə qarğış edib.
Azərbaycanda nə qədər savadsız, peşəsindən xəbərsiz jurnalist var!
Bu fikri Milli Məclisin üzvü Fazil Mustafa özünün Facebook sosial şəbəkəsindəki profilində paylaşıb.
Deputatın sözlərinə görə, onunla bağlı bir məqam bəzi KİV-lərdə düzgün təqdim olunmayıb: "Bunlar paylaşılan videonu belə izləmirlər, heç olmazsa səhifəmdə paylaşılıb ki, nəyisə təhrif etməsinlər. Baxıram ki, bir mənbədən informasiyanı yayıblar ki, bəs deputata canlı yayında savadsız dedilər. Halbuki, videoda da açıqca görünür ki, Məhəmməd Əmin Rəsulzadənin və mənim tarixi bilmədiyimizi iddia edən opponentin savadsız olduğunu ifadə etmişəm. Ardınca oxuyuram ki, sanki bu söz mənə qarşı deyilib. Sizə diplom verənin başı batsın. Üzündən oxuya bilmirsiniz, heç olmazsa videonu izləyib kimin nə söylədiyini araşdırandan sonra göndərilən yazını saytınıza yerləşdirin!"
Qeyd edək ki, Lider TV-nin "Status" proqramında IX əsrdə ərəblərin Abbasilər xilafətinə qarşı mübarizə aparmış Babəklə bağlı müzakirələr zamanı deputat Fazil Mustafanın AMEA-nın Tarix İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli ilə fikirləri üst-üstə düşməyib. Tarixçi ilə mübahisə edən F.Mustafa onun dediklərini "gop" adlandırıb, özünə isə "savadsız" deyib.sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar