Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəblərdə mobil cihazlardan istifadəyə heç bir məhdudiyyət qoyulmayıb- TƏHSİL NAZİRLİYİNDƏN AÇIQLAMA

Tarix: 19-12-2017 09:30     Baxış: 4329 A- / A+
Məktəblərdə mobil cihazlardan istifadəyə heç bir məhdudiyyət qoyulmayıb- TƏHSİL NAZİRLİYİNDƏN AÇIQLAMA
Azərbaycanda təhsil müəssisələrində zərurət olduğu təqdirdə tədris prosesi zamanı mobil texnologiyalardan – mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər və bununla bağlı Təhsil Nazirliyi (TN) tərəfindən heç bir məhdudiyyət qoyulmayıb.

Bu sözləri TN-nin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, dərs zamanı mobil texnologiyalardan məlumatların vizuallaşdırılması, hansısa bir təqimatın edilməsi məqsədilə, başqa sözlə mobil texnologiyalar yalnız məqsədli təyinat üzrə istifadə edilə bilər. Digər hallarda isə dərs prosesinə mane olduğu üçün telefon və planşetlərdən istifadə etmək yolverilməzdir.

C.Valehov deyib ki, dərs zamanı məlumatların şagird və tələbələrə mobil texnologiyalardan istifadə etməklə təqdim edilməsi üçün məktəb rəhbərliyinin tabe olduğu qurumlardan, eləcə də TN-dən xüsusi icazə almasına ehtiyac yoxdur.

O qeyd edib ki, hazırda Azərbaycanda onlarla təhsil müəssisəsi – orta və ali məktəblər tədris zamanı mobil texnologiyalardan istifadə edirlər.

Tədris zamanı mobil texnologiyalardan istifadənin bir çox üstünlüklərinin olduğunu deyən C.Valehov əlavə edib ki, yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə etmə tədris prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir:

“Məktəblərdə mobil texnologiyalar vasitəsilə “ağıllı lövhə”lərin bağlantısı qurula və informasiya sinxronluğunun təmini baş verə bilər. Biz çalışırıq ki, tədris zamanı mobil texnologiyalardan daha çox istifadə edilsin. Elektron xidmətin daha geniş şəbəkəsinin qurulması, rəqəmsal mühitin genişləndirilməsi bizim əsas məqsədimizdir. Bununla bağlı biz ciddi platformalar üzərində işləyirik”.

Xatıqladaq ki, Qırğızıstan Parlamentinin deputatları ümumtəhsil məktəblərində mobil telefonların qadağan edilməsi təklifi ilə çıxış ediblər.gununsesi.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar