Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Evdə paltar qurutmayın - XƏBƏRDARLIQ

Tarix: 18-12-2017 18:25     Baxış: 4718 A- / A+
Evdə paltar qurutmayın - XƏBƏRDARLIQ
Elə ki, yağışlı havalar başlayır bir çoxumuz paltarları yuduqdan sonra içəridə quruduruq. Amma mütəxəssislər bunun sağlığımıza olduqca zərərli olduğunu söyləyirlər.

Türkiyəli ürək və daxili xəstəliklər üzrə mütəxəssis Olcay Emel mövzu ilə bağlı açıqlama verib. Manevr.az ailem.az-a istinadən həkimin fikirlərini təqdim edir: "Hər kəs tərəfindən istifadə olunan yuyucu vasitələr suda həll olaraq çirkli paltarlarımızı təmizləyir. Təbii ki, bu kimyəvi qalıqlar durulanmaya baxmayaraq, müəyyən miqdarda paltarlarda qalır. Quruma prosesi zamanı su ilə birlikdə buxarlanaraq, olduğu atmosferə yayılır. Buna görə paltarlarımızı qapalı şərait yox, açıq havada qurutmaq ən doğru seçimdir".

O.Emel deyib ki, xüsusilə şəhər yerlərində açıq havada paltar qurutmaq mümkün olmur. Buna görə də paltar qurudulan otaqlar yaxşı havalandırılmalıdır. Amma bu otaqda qətiyyən uşaqlar və yaşlılar olmamalıdır. İkinci bir yol kimi qurutma maşınlarından istifadə etmək olar.

Həkim bildirib ki, allergiyası olanlar yuyucu vasitə əvəzinə, sabundan istifadə edə bilər: "Quru təmizləmədə də perklor etilen hipoklorit istifadə edilir. Buxarı ilə nəfəs aldıqda qaraciyər, sinir sisteminə zərər verə bilər və xərçəng yarada bilər. Buna görə quru təmizləmədən gələn əşyaların havaya verilmədən istifadəsi məsləhət deyil".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar